Bu şəxsə həm pərəstiş, həm də nifrət edənlərin sayı az deyil.
Onun sayəsində onlarla dünya brendləri pullar qazanır. Onu tarixin ən qəddar qatili kimi tanıyır və onunla körpə uşaqları belə, qorxudurlar.
Haqqında danışacağımız adam vaxtilə bütün dünyaya səs salmış inqilabçı Çe Qevaradır.
Çe Qevara 9 oktyabr 1967-ci ildə Boliviya ordusu tərəfindən həbs edilərək öldürülmüşdü. Öldürüldükdən sonra isə əlləri kəsilmişdi. Bu hərəkət isə onu sevənləri çox qəzəbləndirmişdi.
Bunu edən isə Boliviya ordusunun yüksək rütbəli zabitlərindən biri Roberto Quintanilla idi. Lakin onun bu hərəkəti öz ölüm fərmanını imzalaması ilə sonlandı.
Sonxeberler.info Çe Qevaranın intiqamını alan qadın haqqında maraqlı faktları təqdim edir.
Hər şey bu alman qızın Boliviyaya gəlməsi ilə başlayır. Monika Merkl avqustun 7-də Almaniyanın Münhen şəhərində dünyaya gəlib. Atası kinorejisor idi. 2-ci dünya müharibəsindən sonra Boliviyaya köçürlər. 1952-ci ildə Boliviyaya yerləşən zaman Monikanın 15 yaşı var idi.
Boliviyada atasından öyrəndiyi təcrübələrə əsasən bir neçə film də o çəkir. 1958-ci ildə özləri kimi Almaniyadan Boliviyaya köçüb gələn bir ailənin oğlu ilə evlənir.
Həyat yoldaşının işi ilə əlaqədar olaraq bir neçə il Çilidə yaşayıb, daha sonra Boliviyaya geri dönürlər. Daha sonra həyat yoldaşı Kaliforniyaya köçmək istədiyini söylədikdə Monika razılaşmır. Bu səbəbdən onlar boşanırlar. Monika Boliviyada atasının yanında yaşamaqda davam edir.
Monikanın bacısının danışdıqlarına görə, o, günün yarısına kimi məktəbdə müəlliməlik edir, qalan vaxtını isə kampaniyalar təşkil edərək, kimsəsiz uşaqlar üçün yardım toplayırdı. Bu işlərlə məşğul olduğu ərəfələrdə Monikanın tanış olduğu insanlar, onu solçularla yaxınlaşdırdı.
(QEYD: O zamanlar iqtidarla müxalifətdə olan və liberal mövqe tutan partiya və s. belə adlanırdı. Radikal müxalifətdə olanlara sağçılar deyirlər. Orta mövqedə olanlar mərkəzçilər adlanır. Solçular isə parlamentdə solda otururlarmış, ad da buradandır.)
Monika yoxsul ailələrə yardım edərkən insanların Çe Qevaraya necə rəğbət bəslədiyini görüb, daha da radikallaşmağa başladı. Daha sonra Çe Qevaranın tərəfdarlarının yaratdığı “ELN” yəni “Milli Qurtuluş Ordusu”na maraq göstərdi.
Çe Qevaranın öldürülməsindən sonra “ELN”-ə qatılan Monika orduda gənc qız anlamını daşıyan “İMİLA” adını aldı. Ailəsindən çox uzaqlaşan Monika atası tərəfindən də qovuldu.
Yaralı olaraq ələ keçirilməsinə rəğmən əlləri kəsilərək öldürlən inqilabçının intiqamını almağa bir çox solçu can atırdı. Ən əsas hədəf də Boliviya ordusunun zabiti Roberto Quintanilla Pereira idi. Partizan düşərgəsində təlim keçən Monikanın da tək arzusu Çe Qevaranın intiqamını almaq idi.
Öldürüləcəyini bilən zabit Boliviya hökumətindən Almaniyanın Hamburg şəhərinə konsul təyin edilməsini xahiş edir. Xahişi yerinə yetirilən zabit yeni vəzifəsinə və yeni şəhərinə yerləşir.
Pereiranı öldürmək qərarına gələn Monika saxta Argentina pasportu ilə öncə İsveçrəyə, oradan da Hamburga gəlir. 1 aprel 1971-ci ildə Boliviyanın Hamburg konsulluğuna gedir. Avstraliyalı olduğunu və Periera ilə görüşmək istədiyini söyləyir.
Çox rahat şəkildə Perieranın otağına girməyi bacarır. Otağa girər-girməz çantasından silahını çıxararaq Perieranı masa başındaca 3 güllə ilə öldürür.
Monikanın ölümü
O, 2 il Fransada yaşadıqdan sonra 1973-cü ildə Boliviyaya gəlir. Elə həmin ilin may ayında Boliviya hökuməti adına çalışan agent Klaus Barbie tərəfindən öldürülür.
Monikanı öldürən agent onun atasının ən yaxın dostlarından biri idi. Lakin onlar həmin agenti bir ərzaq dükanında işləyən satıcı kimi tanıyırdılar.
Öldürüldükdən sonra isə Monikanın cəsədi heç kimin bilmədiyi bir yerə basdırıldı. Bu günə qədər də onun basdırıldığı yer sirr kimi saxlanılır. Ona görə də Monikanın cəsədinin qalıqları və dəfn edildiyi yer hələ də tapılmayıb.
Sonxeberler.info