SON DƏQİQƏ

İrlandlar içkiyə meylli olduğu üçün müəlliməni işə götürmədilər

Tarix:6-04-2017, 10:08

İrlandiya sakini Keti Mulrennanın Seulda müəllimə işləmək müraciətinə qəribə əsaslarla etiraz edilib.

 

Ona bildirilib ki, mənsub olduğu xalqın alkoqolizmə meyli olduğu üçün müraciəti rədd edilir. 26 yaşlı gənc müəllimə bu iş elanını saytlardan birində tapıb və dərhal müraciət edib. Öz CV-sini məktəbə göndərən müəlliməyə bir ay sonra elektron məktub vasitəsilə rədd cavabı verilib. Məktubda açıq mətnlə yazılıb ki, işverən irland xalqından heç kimlə işləmək istəmir, çünki sonuncuların alkoqola meylliliyi daim sübut edilir. Halbuki rədd cavabı alan müəllimə daha öncə Barselonada, Oksfordda və Əbu Dabidə dərs deyib. Son olaraq isə Seulda başqa bir iş tapıb. Lenta.ru saytı xəbər verir ki, qadın öncə bu cavabdan bərk təəssüf hissi keçirib. Amma daha sonra qərar verib ki, kampaniyanın etirazı irlandların ünvanına yönəlmiş uğursuz bir zarafatdır. Müəllimə təhsil müəssisəsi rəhbərliyi ilə yazışmasını internetdə yayıb.

 

Müəssisənin adı isə açıqlanmır.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN