Hollivud aktrisası Vupi Qoldberq marixuana tərkibli, qadınlar üçün nəzərdə tutulmuş dərman hazırlayıb.
Lenta.ru saytının xəbərinə görə, 60 yaşlı kinolulduz bu dərmanı rəsmi icazə ilə, kannabis üzrə ekspert olan Maya Elizabetlə birgə çıxarıb. Onların ortaq məhsullarının adı “Whoopi & Maya” adlanıb. Qoldberq bu dərmanı qadınların menustrasiya ağrılarını aradan qaldırmaq üçün hazırlayıb. Onun sözlərinə görə, bu dərmanı hazırlamasına yeniyetmə nəvələrinin menustrasiya ağrılarından kəskin şəkildə narazılıq etməsi səbəb olub.
Vupi qeyd edib ki, onun hazırladığı məhsul heç da “kayf tutmaq” istəyənlər üçün deyil. Çünki tibbi marixuana o effekti vermir. Preparatlar ancaq ağrını götürəcək və rahatlamağa imkan verəcək. Kolleksiyaya qarının aşağı hissəsinə sürtüləcək məlhəm, vanna üçün eliksir, çaya əlavə olunacaq damcılar daxildir. Aktrisa qeyd edib ki, qadınlar bu vasitələrdən istifadə edib, rahat günlük həyatlarını davam edə bilərlər. Hətta o preparatları çantalarında belə aparmaları mümkündür. Aktirsanın fikrinə görə, Whoopi & Maya adlı preparatdan yer kürəsinin yarısı istifadə edə bilər.
Sonxeberler.info