SON DƏQİQƏ

Qızının istəyi ilə 2 milyona yaxın insanı qətl edən hökmdar: Nişapurun məhvi ilə bağlı maraqlı FAKTLAR

Tarix:12-01-2018, 15:29

Qanlı bir tarixi keçmişi olan Nişapur İranın şimal-şərqində yerləşən bir şəhərdir. Tarixi rəvayətlərə görə, Nişapurda 1.7 milyon insanı 1 saatın içərisində qətlə yetiriblər. Deyilənlərə görə, bu qətliamı monqol hökmdarı Çingiz Xan törədib.

1221-ci ildə yaşanan bu hadisə ilə bağlı bir çox müxtəlif rəvayətlər söylənilsə də, 1.7 milyon insanın qətl edilməsi tarixi faktlarda da yer alıb. Bu rəqəmin dəqiq olması isə Nişapurun mühasirəyə alınmadan öncə şəhərdə əhalinin sayının hesablanması olub.

Nişapur niyə qətliama uğradı?

Nişapur qətliamına gəlmədən öncəki hadisələrə nəzər salaq. 

Çingiz xan Çinə yürüş etdikdən sonra ticarət əlaqələrini genişləndirmək qərarına gəlir. Ticarət əlaqələri qurulan dövlətlərdən biri də Xarəzmşah idi.

Картинки по запросу Nişabur katliamı

Lakin bir müddət sonra onların aralarındakı münasibətlər pozulmağa başladı. Xarəzmşah hökmdarı Əlaəddin Məhəmməd və əsgərləri monqollara qarşı çıxmağa başladı. Çingiz xan əvvəlcədən Xarəzmi işğal etməyi planlaşdırırdı. Bu hadisələr də elə onun üçün bir bəhanə oldu.

Nəticədə faciə baş verdi. Müharibə vaxtı Çingiz xanın onu öldürəcəyindən qorxan Xarəzmşah hökmdarı Əlaəddin Məhəmməd qərbə doğru qaçaraq gizlənməyə çalışıb. Çingiz xan ən güvəndiyi iki adama - Cebe və Subutaya Məhəmmədi tapıb gətirmək üçün göstəriş verib.

Lakin onlar da Əlaəddin Məhəmmədi tapa bilməyib. Rəvayətlərə görə, Xarəzmşahın hökmdarı Əlaəddin Məhəmməd Xəzər dənizində yerləşən Abaskun adasına qaçıb, orada gizlənibmiş. Hökmdar adada xəstələnərək, sətəlcəm olub və 1220-ci ildə vəfat edib.

Nişapur necə məhv edildi?

Bu müddət ərzində monqolların önünə daha bir əngəl çıxdı. Nişapur şəhərini mühasirəyə alan monqollar hücum əmri gözlədiklər bir ərəfədə Çingiz xanın kürəkəni qaladan atılan bir ox ilə öldürüldü.

Похожее изображение

Ardından xanın qızı ağlayaraq, atasından bu şəhərin bütün sakinlərinin öldürülməsini istəyir. Çingiz xan dərhal əsgərlərinə bu şəhərdəki it və pişiklər də daxil olmaqla, bütün canlıların öldürülməsini əmr edir. Bu qətliama rəhbərlik edən isə Çingiz xanın kiçik oğlu Tuluy olub.

Bu, tarixin ən qorxunc qətliamlarından biri sayılır. Sayı 1,7 milyon olan Nişapur əhalisi tam 1 saat içərisində qətl edilib. Bu da o deməkdir ki, Hər 1 dəqiqədə 29 min insan öldürülüb.

Toplam olaraq, tarixi faktlara görə, monqollar 40 milyona yaxın insan öldürüblər. Nişapur qətliamı isə bunun bir hissəsidir.

Похожее изображение

Əslində, Çingiz xanın qaydalarına görə, təslim olan xalqın canı bağışlanırdı. Lakin Nişapur əhalisi təslim olduğu və mühasirədə qaldığı halda, Çingiz xan özünün bu qanununa əməl etməmişdi. Məsələni şəxsi intiqam olaraq, görən monqol hökmdarı bu şəhərin sakinlərini son nəfərinə qədər məhv etmişdi.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN