SON DƏQİQƏ

ABŞ dağılacaq, Kim Çen İn öldürüləcək – Bu ilin şok proqnozları

Tarix:19-01-2018, 12:30

Ötən ilin sonlarından dünyanın tanınmış ekstrasensləri 2018-ci il üçün proqnozlarını açıqlamağa başlayıblar. Bu il ağır və dünya üçün çətin dövr kimi qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, rusiyalı ekstrasenslər Pavsekaki Boqdanov və Viktoriya Subota proqnozlarını Rusiyanın “Beşinci kanalı”nda bölüşüblər.

Astroloq və ekstrasens Boqdanovun fikrincə, III dünya müharibəsi 2008-ci ildən başlayıb: “2018-ci il isə müharibədə kulminasiya nöqtəsi olacaq. Bundan sonra müharibə səngiməyə başlayacaq, 2023-cü ildə başa çatacaq. ABŞ prezidenti Donald Trampa gəlincə, xələfləri Corc Buş və Barak Obama kimi o da ABŞ-ın dağılmasında böyük rol oynayacaq. Bu il ABŞ-ın mövcudluğu başa çatacaq. Dollar dünya birjalarından yığışdırılacaq. Dünyada liderlik üstündə Rusiya və Çin mübarizə aparacaq”.

Viktoriya Subota isə 2018-ci ilin Rusiyanın iqtisadi həyatında mühüm hadisələrlə yadda qalacağını deyib: “Rusiya üçün siyasi həyat çox sakit keçəcək. Dünyada ən qaynar müharibə ocağı Şimali Koreyada olacaq. Şimali Koreya lideri Kim Çen İn bu il öldürüləcək. Bu məsələlərin Rusiyaya heç bir təsiri olmayacaq”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN