Dünyanın ən ağır oğlanı sayılan indoneziyalı Ariya Perman ümumi çəkisinin 1/3 hissəsini atıb və artıq divandan qalxa, dostları ilə oynaya, eləcə də məktəbə gedə bilir. Bu haqda “The Mirror” saytı xəbər verir. Arıqlayana qədər 10 yaşlı oğlanın çəkisi 192 kilo idi. İki il ərzində o, 76 kilo atıb və qəflətən həyat tərzini dəyişib. Boş vaxtlarında dostları ilə badminton, futbol oynayan oğlan artıq əlində telefonla divanda və o qədər də böyük olmayan basseyndə oturmağı kənara qoyub. Oğlan müstəqil şəkildə hər gün məktəbə gedir və hər gün 2 kilometr qaçır.
Onun valideynləri isə oğlanlarını doyurmaq üçün bəzən borc alırdılar. Amma indiki durum onları çox sevindirir. Uşaqları həm az yeyir və sağlamdır, həm də onlar daha yeməyə görə heç kimdən borc almırlar. “O, nəhayət ki, artıq çəkidən qurtulub, xoşbəxtdir və aktiv həyat tərzi aparır” - bunu da Permanın anası deyib. O, qeyd edib ki, oğluna şirniyyat yeməyi qadağan edib və çoxlu meyvə-tərəvəz verir.
Yerli mətbuat isə Permanı 2016-cı ilin yayında qəhvəyi düyü dietasına başlayanda diqqət etmişdi. Həmin vaxta qədər indoneziyalı iri porsiya şorbalar yeyirdi və heç bir paltar əyninə gəlmirdi. 2017-ci ilin yayında uşağa mədə kiçiltməsi ilə bağlı əməliyyat ediblər.
Sonxeberler.info