Norveç, Böyük Britaniya, Amerika və Almaniyadan olan beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib ki, havadan çirkli maddələri çıxarmaq qlobal istiləşməyə səbəb olur.
Bu haqda “Daily Mail” nəşri xəbər verib. Araşdırma nəticəsində məlum olub ki, havanı çirkləndirən maddələr Yer üzünə daxil olan günəş radiasiyasının qarşısını alır. Bu prosesin nəticəsində atmosferin orta temperaturu 0.5-1.1 dərəcə artır. Bu isə öz növbəsində bu sayaq neqativ halların artmasına səbəb olur. Bəzi mütəxəssislər isə qlobal temperaturun aşağı salınması üçün aerozoldan istifadəni təklif edirlər. Araşdırmanın nəticələri göstərib ki, bu üsulla geomühəndislik, tullantıların atmosferə atılması sürətli istiləşməyə gətirib çıxara bilər. Bütün hallarda mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi ciddi hava dəyişikliyinə, ölümcül istilərə, donmalara və digər pis hallara səbəb olur.
2017-ci ilin avqustunda bir qrup alim sübuta yetirib ki, klimatoloqlar milyonlarla insanın ekstremal hava şəraitinə, o cümlədən istilərə görə dünyasını dəyişdiyini sübuta yetirib.