SON DƏQİQƏ

Səssizlik sağlamlığa faydalıdır

Tarix:1-02-2018, 07:39

Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların və s. səsi bizi daim əhatə edir.

 

Xüsusilə bu, şəhər sakinlərinə aiddir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur - ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.
Amerika alimləri sübut edir ki, aeroport və ya trasların kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. “Daily Mail” xəbər verir ki, alimlərin fikrinə görə, güclü səs insan həyatını qısaldır.

 

Əksinə isə səssizlik insanın sağlamlığına çox müsbət təsir edir - təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir. Alimlər insanlara sakit yerlərdə tez-te olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı məsləhət görürlər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN