Yer kürəsində yaşayan əhalinin 80%-dən çoxu uçmaqdan qorxur. Onların da 5%-i, ümumiyyətlə, təyyarədən imtina edərək, yerüstü və su vasitəsilə olan nəqliyyat vasitələrinə üstünlük verir.
Uçmaqdan və hündürlükdən qorxmaq - aerofobiya adlanır. Bir çoxları təyyarənin 10 kilometr hündürlükdən yerə düşəcəyindən qorxur. Lakin bu, təyyarənin qanadlarının altındakı təzyiq səbəbindən mümkün deyil. Avtomobil şose üzərində necə dayanırsa, təyyarə də havada elə rahatlıqla dayanır. Hətta pilot sükanı buraxsa belə, o, su üzərində üzən qayıq kimi havada hərəkət edəcək.
Pilot və stüardessalar “riskə” görə əlavə pul bonusları almırlar. Buna görə də təyyarə sağlam fikir və təbiət qanunlarına zidd deyil, onlar sayəsində uçur.
Sonxeberler.info