Amerikalı protez əli ilə okeanariumdakı delfinləri şoka salıb.
Bu haqda "Daily Mail" xəbər verib. Nəşrin yaydığı videodan görünür ki, qadın akvariumun şüşəsi qabağında dayanıb və öz protezini nümayiş etdirir. Bu, akvariumda üzən delfinin diqqətini cəlb edib. Delfin qadınla üzbəüz dayanıb və onun mexaniki əlinə baxmağa başlayıb. Saniyələr sonra onun ətrafına qalan delfinlər də yığılıb.
Oktyabr ayında məlum oldu ki, Florida okeanariumundakı delfinləri onların rezervuarının qabağında hoppanan dələlər maraqlandırıb.
Sonxeberler.info