SON DƏQİQƏ

Oğru pişik sevgililərin arasını vurdu

Tarix:2-02-2018, 07:43

Yeni Zelandiyadakı bir pişik qonşunun paltarını evə gətirməklə bir cütlüyün dalaşmasına səbəb olub. Bu barədə “New Zeland Herald Focus” nəşri məlumat verib. Oklenddən olan Ed Vilyamsın yatağında yad qadın alt paltarları görən gənc qız onunla mübahisə edib. Ed bu əşyaların kimə aid olduğunu izah edə bilməyib və sevgilisi də ondan inciyib. Yeni zelandiyalı öz sadiqliyini sonradan, pişiyi sayəsində sübut edə bilib. Məlum olub ki, Mo ləqəbli pişiyi qonşulardan geyim əşyası oğurlayır. “Bu hadisədən iki həftə sonra pişiyimizin dişində bir köynəklə yolu keçdiyini görəndə anladıq ki, bütün bu hoqqanın səbəbi odur”. 

Vilyams bildirib ki, daha öncə heyvanda hər hansı kriminal əlamələr hiss etməyib. Çünki heyvan oğurluğu gecə saatlarında edirdi. Özü də onun gətirdikləri ancaq qadınlara aid olmurdu. Yeni zelandiyalının sözlərinə görə, bir həftə ərzində pişik 30-40 əşya oğurlayır: qadın və kişi alt paltarları, köynək və corablar.

Kişi müntəzəm olaraq bu geyimləri qonşulara geri qaytarır. Onlar isə heyvanın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək, bundan uzaqgedən nəticələr çıxarmırlar. 2016-cı ilin iyun ayında buna bənzər hadisə Avstraliyada baş vermişdi. Nindza ləqəbli sarı pişik qonşulardan o qədər çox şey oğurlamışdı ki, sahibəsi oğurlanan əşyaları sahiblərinə qaytarmaq üçün Facebookda xüsusi səhifə açmışdı.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN