SON DƏQİQƏ

Belə bacarıqsız oğru görülmədi

Tarix:6-02-2018, 07:51

Böyük Britaniyada bir oğru qarət etdiyi evin pəncərəsinə ilişib. Bu barədə BBC News xəbər verir. İnsident Böyük Mançester qraflığındakı Redkliff şəhərində baş verib.

 

Mağazadan qayıdan yaşlı qadın fərq edib ki, onun ikinci mərtəbədə yerləşən mənzilindəki ayaqyolunun pəncərəsi açıqdır və ordan tanımadığı bir kişi sallanır. Hadisə yerinə çağırılan polislər görüblər ki, hündürlüyü 4.5 metr olan balkondan köməksiz bir oğru sallanır: “Biz xeyli güldük. Amma evin sahibəsi bu olay qarşısında şok olmuşdu”. Bunu jurnalistlərə açıqlamasında serjant Riçard Qarlend bildirdi.

 

Yanğınsöndürənlərə kişini pəncərədən düşürüb, asayiş keşikçilərinə təhvil vermək üçün 20 dədiqə bəs etdi. Yerə düşəndə 47 yaşlı Şon Kroşou etiraf etdi ki, sözügedən mənzilə qarət məqsədilə daxil olmuşdu. Məhkəmə onu 2 il 5 ay müddətinə həbs cəzasına məhkum etdi. Hadisə Rekliff polisinin rəsmi tvitter səhifəsində sözügedən fotonu paylaşmasından sonra mətbuatda geniş səs-küy yaradıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN