İngiltərənin şimalındakı Darem qraflığında bir fermerin beşayaqlı quzusu doğulub. Bu haqda “Daily Mail” saytı xəbər verib.
Heyvan sahibinin onun sağ qalacağına ümidi yox idi. Buna baxmayaraq, heyvana “Ümid” adını verdi. Hazırda quzu iki həftəlikdir. Qadın heyvanı özünə saxlamağa qərar verib. Quzunun beşinci ayağı sağ böyründən sallanır. Bu ayaq da digər dörd sağlam ayaq kimi öz yerində, yəni lazım olan yerdədir. Adətən anomaliyalarla doğulan heyvanlar uzun yaşamırlar. Amma quzunu müayinə edən veterinar deyib ki, hətta ona beşinci ayaqdan qurtulmaq üçün hər hansı əməliyyat da lazım deyil. Belə ki, heyvan beşinci ayağı ilə də sağlam və uzun ömür sürə bilər.
Yanvar ayında isə məlum oldu ki, İndoneziyada iki ayağı olmayan quzu dünyaya gəlib. Bu quzu da insanlar kimi iki ayaq üstündə gəzməyi öyrəndi.