Amerikanın Kaliforniya ştatındakı Marina şəhərində oğrular 500 tarakan oğurlayıblar.
Bu haqda lenta.ru saytı xəbər verib. Entomoloq Rozalinda Vizina araşdırma üçün canlı həşəratlar sifariş edib. Amma oğrular ona göndərilən bağlamanı oğurlayıblar. Onlar eyni zamanda binanın digər sakinlərinin poçt qutusunu da oğurlayıblar. “Mənim tarakanlara yazığım gəlir. Əgər onları atıblarsa və ya başlarına nəsə pis bir iş gətiriblərsə. Onlar bilmirdilər ki, onları nə gözləyir. Ümid edirəm ki, tarakanlar hər tərəfə qaçışıblar”.
Əgər tarakan oğrularını yaxalasalar, onları 5 ilə qədər həbs gözləyir. Dekabr ayında məlum olub ki, Amerikanın Vaşinqton ştatındakı Takoma şəhəri sakini poçt qutusu oğrularını qorxutmaq üçün partlayan bağlamalar hazırlayıb.
Sonxeberler.info