SON DƏQİQƏ

Babası yemək yeməyə qoymadı, çəkisi 16 kiloya düşdü - Foto

Tarix:12-02-2018, 15:39

Yapon qız Twitter səhifəsində onu ac saxlayan qohumu barədə yazıb. Məlum olub ki, məhz bu əzaba görə o, 16 kiloqrama qədər arıqlayıb. Qadının sözlərinə görə, 10 il əvvəl onun hamisi babası olub.

Babası ona yemək yeməyi qadağan edib və onu əlində yeməklə tutanda qarnına təpiklər vurur və yediklərini geri qaytarmağa məcbur edirdi. Son nəticədə qız aclığın son həddində xəstəxanaya çatdırılıb. Mütəxəssislər deyiblər ki, onu ölümünə 10 dəqiqə qalmış xilas ediblər.

Öz dediklərini təsdiqləmək üçün yapon qız 16.8 kilo olduğu vaxt çəkdirdiyi selfisini internet vasitəsilə paylaşıb. O, eyni zamanda xəstəxanadan çıxandan sonrakı görüntülərini də izləyicilərə göstərib. Yapon qız deyir ki, zamanında yardım əldə edib, sağalıb və indi normal çəkiyə malikdir.

16.8 kilo çəki 5 yaşlı uşaq üçün normal sayılır. 6 yaşa çatanda qızların böyük əksəriyyəti 18 kiloya çatır. Sağlam 16 yaşlı qızın çəkisi isə 47 kiloqram olmalıdır.

 

ac-11fevral.jpg (17 KB)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN