Şotlandiya kampaniyası olan “Twin River” dünyanın ən tünd içkisini istehsal edib. Bu barədə “The Independent” xəbər verib. 77 dərəcəli içki Naked Gun Uncut adlanır və məhdud sayda, cəmi 101 butulka istehsal edilib. Cin “Gin Festival: North East” adlanan festivalda təqdim edilib.
İstehsalçıların dediyinə görə, bu içki öz sərtliyinə baxmayaraq, qozlu-kremli aromatı ilə fərqlənir və şirin dadı var. Amma bu, ilk 77 dərəcəli içki deyil. Analoji tündlükdə içki səhvən Kanadanın “Bacardi” kampaniyası tərəfindən də istehsal edilmişdi. Amma onu tezliklə hakimiyyətin tələbinə əsasən satışdan çıxardılar.
Sonxeberler.info