Türkiyədə istehlak edilməyən, yalnız ixracata yönəlmiş dəniz ilbizinin 2017-ci ildəki istehsal həcmi 2016-cı illə müqayisədə 46 faiz artıb, nəticədə ondan gələn gəlir 12 milyon 561 min 483 dollara yüksəldi.
Şərqi Qara dəniz İxracatçılar Birliyinin verdiyi məlumata görə, Türkiyədən Uzaq Şərq ölkələrinə 2016-cı ildə 1435 ton ilbiz ixrac edilərək, qarşılığında 8 milyon 608 min 211 dollar gəlir əldə edilib. Ötən il isə 2049 ton ilbiz ixracı qarşılığında 12 milyon 561 min dollar qazanc əldə olunub. Beləliklə, Türkiyənin ötən ilki ilbiz ixracatının həcmi 43 faiz, gəliri isə 46 faiz artıb.
Türkiyədən ilbiz idxal edən ölkələr arasında birinci yeri 7 milyon dollarlıq ixracatla Cənubi Koreya tutub. 2 milyon 175 min dollarla ikinci yeri Yaponiya, 1 milyon 851 min dollarla üçüncü yeri Çin tutub.
Türkiyə ümumisi edilən ixracatda 7 milyon 625 min 10 dollarla Cənubi Koreya ilk sıranı götürərkən, 2 milyon 175 min 640 dollarla Yaponiya ikinci, 1 milyon 851 min 702 dollarla Çin də üçüncü sırada iştirak etdi. Bundan başqa, həmin dövrdə Taylanda və Yunanıstana da ilbiz ixrac edilib.
Sonxeberler.info