SON DƏQİQƏ

“Sevgi bankı”nda gənclərin sevgi dərəcəsini ölçürlər

Tarix:15-02-2018, 05:09

Slovakiyanın kiçik bir qəsəbəsindəki “sevgi bankı” cütlüklərin Sevgililər Günündə buranı ziyarət edərək, özləri üçün önəmli olan kiçik əşyaları kiçik kassalarda saxlamasına imkan yaradır. 100 min kiçik kassadan ibarət olan “sevgi bankı” dünyanın nadir banklarından sayılır.

Stiavnica şəhərində isə dünyanın ən uzun sevgi şeiri şərəfinə qurulan Marinanın Evi adlı bir muzeydə yerləşir. Muzeydə nümayiş olunan digər bir şey isə sevgililərin sevgisini ölçdüyü deyilən “eşqmetr”dir. Javorska bu cihazın arxasındakı texnologiyanın böyük bir sirr olduğunu deyir: “Sevgililər əl-ələ tutarkən və ya öpüşərkən özəl tutacağa toxunurlar. O da bədənlərindəki elektiki, yəni sevginin dərəcəsini ölçür”.

Slovakiyada uşaqlar Andrey Sladkoviçin Marina şeirindən sətirləri əzbərləyirlər. Şair slovaklar üçün o qədər önəmlidir ki, küçələrinə, hətta bir şəhərə də onun adını veriblər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN