SON DƏQİQƏ

Bir zamanlar milyonçu idi, indi isə pulsuz-parasızdır və adada yaşayır - FOTOLAR

Tarix:16-03-2018, 18:41

1980-ci illərdə Avstraliyanın ən zəngin adamı olan və lüks həyat yaşayan David Qlaşin hazırda tropik bir adada, tənha yaşayır. Qeyd edək ki, David 1987-ci ildə iqtisadi krizis üzündən milyonlarını itirib.

İflas edən milyonçu 10 il sonra Avstriyanın şərqində yerləşən bir adaya köçür. Burada bir dostunun məsləhəti ilə 60 otaqlı otel tikməyi düşünür. Lakin adanın sakinləri olan aborjinlərin etirazı üzündən otel tikilmir.

Qlaşin adada bir qız dostu ilə yaşayırdı. Lakin adada komfortlu həyat olmadığından sevgilisi də onu tərk edir. Bu son olay Qlaşinin həyata olan baxışını tamamilə dəyişdirir. Artıq 20 ildən çoxdur ki, adada yaşayan yaşlı qoca özü üçün yavaş-yavaş yaşayış şəraiti qurmağa başlayıb. Əvvəlcə Günəş panelləri qurur, sonra isə adaya internet çəkdirir və sairə.

Öz taleyi ilə barışan David Qlaşinin hazırda ən böyük üzüntüsü həyat yoldaşının olmamasıdır. Bu acısını azaltmaq üçün taxta və plastiklərdən özünə maniken qadın düzəldib. Qlaşin hər yerdə manikeni özü ilə gəzdirir, onunla əylənir, danışır.

 

Sonxeberler.info
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN