Amerikanın Arizona ştatında Amber Young adlı qadın evlənəcəyi gün saxlanıldı. 32 yaşındakı Young, toyuna gedərkən maşını ilə üç fərqli maşının daxil olduğu bir qəzaya qarışdı.
Gəlin paltarı geyinən gənc qadın qəzadan sonra polislər tərəfindən içkili halda maşın sürdüyü ittihamı ilə qandallanaraq polis maşınına mindirildi.
Bu günə qədər toy günü həbs edilən gəlinlər çox olub. 2013-cü ildə Rusiyada toy günü qonşusu ilə dalaşıb, onu yaralayan gənc bir qadın həbs edilmişdi. Kilsə mərasimində içəri daxil olan polislər gəlini qandallayaraq həbs etmişdilər. Qonşusunun xəstəxanada ondan şikayət etməsi nəticəsində qadın 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sonxeberler.info