SON DƏQİQƏ

Qızıl balıqları çaya buraxdı... 1 aya onları tutmağa məcburdur

Tarix:15-03-2018, 06:55

Niderland hakimiyyəti Venendal şəhər sakinindən çaya buraxdığı qızıl balıqları tutmağı tələb edib. Bu barədə lenta.ru saytı BBC News-a istinadən xəbər verir. Hans Van Manen adlı vətəndaşa bunun üçün cəmi bir ay vaxt verilib.

 

Bundan sonra həmin çayda balıq tutmaqla dövlət qulluqçuları məşğul olacaq. 2016-cı ilin iyun ayında Venendaldakı şəhər kanalına 80 qızıl balıq buraxıb. O, iddia edir ki, bunu heyvanlara olan sevgisindən edib. Bundan başqa, kişi ümid edirdi ki, qızıl balıqlarla dolu kanal şəhərin görməli yerlərindən birinə çevriləcək. Yerli hakimiyyət orqanları isə iddia edirlər ki, bu hərəkət ölkənin flora və faunasının pozulmasına yönəlik addımdır. Van Manen təəssüflənir ki, onun bu cəhdi söylənən formada yekunlaşıb. O, kanala atdığı qızıl balıqları tutandan sonra onları satmağı planlaşdırır.

 

Yanvar ayında isə Böyük Britaniya sakinini qızıl balığı diri-diri udduğu üçün həbs etmişdilər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN