SON DƏQİQƏ

Qadın evlilik üzüyünü itirdi, zibildaşıyanlar tapdılar

Tarix:29-03-2018, 06:45

Nyu-York sakini Şennon Lombardo yanlışlıqla atdığı evlilik üzüyünü tapmaq üçün kommunal xidmətə müraciət edib.

 

Qadın üzüyün itmə prosesi barədə bunları deyib: “Mən üzüyümü yudum, onu kağız dəsmalla sildim. Məncə, bundan sonra uşaqlar mənim fikrimi yayındırdılar. Bir müddət sonra Lombardo üzüyünün itdiyini anlayıb və 311-ə zəng vuraraq müxtəlif bələdiyyə xidmətləri ilə əlaqə saxlayıb. Onun dediyinə görə, üzüyün tapılacağına ümidi olmasa da, cəhd edib. Çünki bilib ki, itiriləsi heç nəyi yoxdur. Nyu-Yorkun sanitar xidmətində qadının yaşadığı binanın zibillərinin daşımasını dayandırmağa razılaşıbıar. Amma həmin vaxt qadın zibil qutularını axtaranda öz torbasının artıq daşındığını görüb. Bundan sonra o, əri ilə birgə Nyu Cersidə yerləşən zibillərin seçilməsi ilə məşğul olan kompleksə gedib. 800 zibil torbasının arasında aparılan axtarış 1 saat çəkib və üzüyün itdiyi üzə çıxıb.

 

2016-cı ildə məlum oldu ki, 7 yaşlı amerikalı zibillikdə qızıl medal tapıb. Bu, 1992-ci ildəki olimpiya oyunlarında qazanılan medal olub və sahibinə qaytarılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN