SON DƏQİQƏ

İtin çəkisi 22 kilo idi, dietaya oturtdular

Tarix:29-03-2018, 16:10

Amerikanın Alabama ştatında kavaler kinq-çarlz cinsli iti çəkisi 22 kilo olduğu üçün dietaya oturdublar. Bu barədə lenta.ru saytı “The Sun”a istinadən məlumat verib.

 

Nəşrin xəbərinə görə, Ebbi ləqəbli it insan qidaları qəbul etdiyi üçün artıq çəkidən əziyyət çəkir və fiziki aktivliyini itirib. Heyvanın sürətlə çəki yığdığını, çətinliklə yeridiyini görən qonşuları heyvanlara yardım xidmətinə müraciət ediblər. Xidmətin əməkdaşları onun sahibi ilə əlaqə yaradıblar və onu inandırıblar ki, heyvana düzgün qulluq göstərməsi üçün onlara verməsi daha düzgün olar. 

 

Ebbi Birminqem şəhərində yerləşən Heyvanlara Yardım Mərkəzinə aparılıb. Müəssisənin əməkdaşı Brittni Uilk heyvanı dietaya başladıb. Eləcə də basseyndə və idmal zalında məşğələlərə cəlb edib. Son nəticədə it 9 kiloqram arıqlayıb və yeni sahiblərinə qovuşub.

 

2016-cı ilin dekabrında məlum olub ki, Çinin Xançjou şəhərində yerləşən zooparkın ziyarətçiləri ordakı dələni o qədər yedirdiblər ki, sonuncu piylənmədən əziyyət çəkib və cütləşmə qabiliyyətini itirib.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN