SON DƏQİQƏ

Keşişlər kilsə pulunu oğurlayıb lüks həyat keçirdilər

Tarix:29-03-2018, 05:12

Braziliyanın San Paulo şəhərində Formosa kilsəsinin baş yepiskopu ilə dörd keşiş təxminın 608 min dollar məbləğində bəxşiş pulunu lüks maşın və zinət əşyalarına xərcləyiblər.

 

Keşişlərdən birinin evinə basqın edən polis evdəki divarın içincə təxminən 30 min dollar tapıb. Yepiskop və keşişlərin bu pulları üç il ərzində oğurladıqları və pulun çoxuna qısa zaman ərzində lüks maşınlar, qızıl əşyaları aldıqları üzə çıxıb. Polislər tapdıqları pulları bir neçə saat ərzində saya bildi. İstintaqı aparan prokuror yepiskop və keşişlərin oğurladıqları pullarla yanaşı, şəxsi xərcləri üçün kilsədən xərcləmələr etdiklərini və kilsənin maşınlarını şəxsi işləri üçün istifadə etdiklərini üzə çıxarıb. Təqsirləndirilənlərin vəkilləri isə müvəkkillərinin məsum olduqlarını və bunu qısa zaman ərzində isbatlayacaqlarını dedi. 

 

Bu isə Braziliyada ciddi etiraza səbəb olub. İnsanlar kilsələrə olan inamlarının azaldığını bildirərək, etiraz aksiyaları keçiriblər. Dünyanın müxtəlif ölkələrində zaman-zaman rahiblərin, keşişlərin, xristian din xadimlərinin qarışdığı seks, uşaqbazlıq qalmaqallarından sonra bu insidentin də baş verməsi Avropada da əks-səda doğurdu.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN