SON DƏQİQƏ

Vaxtilə tanınmış basketbolçu idi, indi isə aeroportda yaşayır – FOTOLAR

Tarix:28-03-2018, 16:15

Vaxtilə “Fənərbaxça” və “Beşiktaş” basketbol komandalarında, ötən il isə  “Bursa Nilüfer” komandasında çalışan tanınmış basketbolçu Mehmet Şanlı Türkiyədəki Atatürk hava limanında səfil həyatı yaşayır.

Məlumata görə, 23 yaşlı basketbolçu psixoloji problemlər üzündən bu hala düşüb. Şahidlərin sözlərinə görə, basketbolçu aylardır ki, aeroportda ABŞ reyslərini təqib edir, “Mən San-Fransiskoda basketbol oynamaq istəyirəm, məni də ora aparın” deyir.

2.04 metr boyu olan basketbolçunun psixoloji narahatlığı ilə bağlı dərmanlarından istifadə etmədiyi də ortaya çıxıb.

Bir dəfə pasport nəzarətindən qaçaq keçməyə çalışan basketbolçunu polislər yaxalayaraq, müalicə üçün psixoloji dispanserə göndərib. Lakin bir müddət sonra yenidən hava limanına gələn Mehmet Şanlı artıq buranı öz evi kimi istifadə etməyə başlayıb.

 

Sonxeberler.info
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN