SON DƏQİQƏ

Meymunlar oğruları qovdular

Tarix:11-04-2018, 12:02

Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən zooparkdakı meymunlar onları oğurlamaq istəyən oğruları qovub.

 

Bu barədə lenta.ru saytı xəbər verib. Ötən cümə günü, gecə saatlarında oğrular içində 12 meymun olan qəfəsə girməyə cəhd ediblər. Qəfəsə hücumun izlərini bir gün sonra aşkarlamaq mümkün olub. Zooparkın işçiləri heyvanlardan birinin oğurlanmasından narahat olsalar da, onların hamısının yerində olduğu üzə çıxdı. Bununla yanaşı, meymunların bir neçəsi də yara alıb.

 

Zoopark işçiləri ehtimal edir ki, oğrularla heyvanlar arasında dava baş verib. Nəticədə heyvanlar hücumu dəf edə biliblər. Zooparkdan yayılan açıqlamada belə yazılıb: “Meymunlarla bağlı hər şey qaydasındadır. Biz onları ona görə bir yerdə saxlayırıq ki, adi rejimə qayıtmaq üçün bir-birinə dəstək olsunlar. Yaxın günlərdə biz onlara daha diqqətlə yanaşacağıq. Çünki onların durumunun yaxşı olmasına əmin olmaq istəyirik”.

 

Ağ meymunlar (saymirlər) Cənubi Amerikada olurlar. Onların boyunun uzunluğu 25-35 santimentr, çəkiləri isə 1.1 kiloqramdır.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN