SON DƏQİQƏ

Timsaha kök atdılar, cərimə olundular

Tarix:11-04-2018, 05:43

Amerikanın Cənubi Karolina ştatında naməlum şəxslər iri ölçülü timsaha kök atıblar. İnsident Amerikanın sahil kənarındakı Frip adasında baş verib.

 

İstirahət edənlər 3 metrlik timsah görüblər və dərhal ona tərəvəzlərlə hücum etməyə başlayıblar. Yırtıcı heyvan onlara fikir verməyib və hərəkətini davam etdirib. Facebookda bu olayla bağlı yayılan şəkillərdə isə onun üzünə dəyən köklər görünür. 

 

Hücumun baş verdiyi kurort nümayəndələri baş verənləri “yeni nəsil insanların axmaqlığı” adlandırıblar. Onlar bəyan ediblər ki, timsahın gizlənməyə çalışdığı qoruq ərazisinə kök atan hər bir turist cərimələnəcək. Üstəgəl, hər atılan kök 200 dollar məbləğində qiymətləndiriləcək. Bundan başqa, bu şəxsləri timsahı yemlədiklərinə görə 30 sutkaya yaxın həbs cəzası gözləyir. 
Zimbabvedə isə sərxoş turist üç timsahın içində üzdüyü basseynə tullanıb. Yerli sakinlər onu sudan çıxarmağa nail olsalar da, timsahlar onun əlini qoparmağa macal tapıblar.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN