İngiltərənin Rhidipandi kəndində qoyunlar kəndlilər arasında narahatlığa səbəb olub.
Bölgə təmsilçisi Loan Riçard narkotik yeyən bir qrup qoyunun kəndin içində böyük dağıntıya səbəb olduğunu deyib. Riçard deyib: “Qoyunlar küçələrdə o tərəf-bu tərəfə qaçır, bağçalara girirdi. Hətta bir dənəsi bir evə girib, evi bərbad vəziyyətə qoydu”.
“Sputnik”in xəbərinə görə, qoyunların daha öncə yaxınlıqda yerləşən qeyri-qanuni bir fabrikə aid narkotik qalıqlarını yemiş ola biləcəyi qeyd edilib. Riçard eyni zamanda hadisənin təkrarlanmaması üçün polisə müraciət edərək, narkotik qalıqlarını yox etmələrini tələb edib.
Sonxeberler.info