SON DƏQİQƏ

Eşşəkarıları təyyarədə sərnişinlərə hücum etdi

Tarix:18-04-2018, 17:25

Rusiyada maraqlı insident yaşanıb, belə ki, Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub.

Trend-in məlumatına görə, buna təyyarənin göyərtəsində eşşəkarılarının daşındığı konteynerin qapısının açılması səbəb olub.

Nəticədə 10-a yaxın eşşəkarısı konteynerdən çıxıb.

Bildirilir ki, bu həşəratlar insan həyatına təhlükə törətməsə də, sərnişinlər təxliyə olunub və ehtiyat təyyarə ilə yola salınıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN