SON DƏQİQƏ

Gənclərin bıçağa “sevgisi” niyə artıb?

Tarix:1-05-2018, 10:53

Bu, dünyada da belədir, Azərbaycanda da..

Bıçaqla yaralama hadisələri son vaxtlar kriminal xronikada tez-tez yer alır. Xüsusən də bıçağın yeniyetmələrin, gənclərin sevimli soyuq alətinə çevrilməsi təhlükə siqnalından xəbər verir. Hərdən orta məktəblərin qarşısında dayanan oğlan şagirdlərin əllərində gəzdirdiyi, dostlarına nümayiş etdirdiyi cib bıçaqları görəndə adamın bədənindən soyuq tər keçir. İnsan heç bir təhlükəyə, kriminala bulaşmamış bu azyaşlıların onu niyə ciblərində daşımasının məntiqini anlamaqda çətinlik çəkir.

London gənclərinin də bıçağa sevgisi artıb

Deputat Aqil Abbas bir neçə il bundan öncə Milli Məclisin iclaslarından birində həyəcan təbili çalmışdı. Azərbaycanda bıçaqlanmaların az qala adət-ənənəyə çevrildiyini vurğulayan deputat demişdi ki, hər gün respublikada bıçaqlanma nəticəsində ölüm hadisəsi baş verir. Qardaş qardaşı, dayı bacı qızını, qonşu isə qonşunu qətlə yetirir.

A.Abbas qeyd edib ki, belə halların qarşısını almaq məqsədilə soyuq silahların saxlanması, gəzdirilməsi və satılması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir: “Polisə əlavə səlahiyyət verilməlidir ki, şübhələndiyi şəxsi saxlayıb, üzərində baxış keçirsin. Artıq beynəlxalq təcrübədə belə bir qanun var. Türkiyədə soyuq silahların müəyyən edilməsi ilə bağlı qanun qəbul edildi. Niyə bizdə də bu qəbul olunmasın? Əgər qanunvericilikdə məsuliyyət məsələsi sərtləşdirilsə, bir sıra cinayət hallarının qarşısını almaq olar”.

Ümumiyyətlə, üstündə bıçaq daşıyan şəxslərə qarşı yersiz neqativ reaksiya yoxdur. Bir insan bıçaq daşıyırsa, bu, bir təhlükədir. Ən azından bıçaq daşımayan insana nəzərən daha təhlükəli bir haldadır və bıçaqdan istifadə etməsi üçün çox böyük hadisələrə də ehtiyac yoxdur. Ani bir əsəb partlaması ilə beynin öz funksiyasını “sıfırlaması” və əsəbin bədəni nəzarət etməsi ilə birlikdə arzuedilməz hadisələr baş verə bilir.

İngiltərədə keçən ilin may ayından bu günə qədər 2709 nəfərin üstündən bıçaq çıxıb. Bu insanların 85 faizi həbs edilib, 474 nəfər isə girov qarşılığında azadlığa buraxılıb. Bundan başqa, Türkiyədə son bir ildə bıçaqla baş vermiş cinayətlərdə 24 faizlik bir artım yaşandığı üçün 100 nəfərlik özəl bir heyət məhz bu işlə bağlı təşkilatlanıb.

Bıçak ile ilgili görsel sonucu

Türkiyədə insanlar məhkəməyə belə bıçaqla girirlər

A.Abbasın misal gətirdiyi Türkiyədə isə insanlar daha çox məhkəmələrə gələrkən üstlərində bıçaq gətirirlər. Bu isə insanların hüquqa nə dərəcədə “etibar etdiklərini” göstərir. Dünyanın heç bir ölkəsində insanlar məhkəməyə bıçaq, bibər qazı ilə girməyə cəsarət edə bilməz. Bəzi insanlar üçün pulqabı, telefonu üzərində daşıması nə qədər təbiidirsə, bıçaq da bəziləri üçün o qədər təbiidir. Çünki hamımız bilirik ki, məhkəmə binaları içində və qarşısında yaralama, cinayətlər əskik olmur. Bu, xüsusən Türkiyədə belədir.

Bıçak ile ilgili görsel sonucu

Bıçaq daşıyıram, çünki...

İndi keçək bıçaq gəzdirənlərin “arqumentlərinə”. Türkiyədə bununla bağlı sosial araşdırma aparılıb. Arqumentləri bir-bir sıralayaq:

1."Tək yaşayıram. Ona görə də üstümdə daşımaq istəyirəm. Bundan başqa, bu bıçaq qardaşımın xatirəsidir. Məhkəmə binasına girəndə təhlükəsizlik xidmətinə özüm çıxarıb təqdim edirəm".

“Mənim peşəm ofisiantdır. Ona görə də üstümdə hər zaman kiçik də olsa bıçaq olur. Bəzən şərab qapağını açmaq üçün, bəzən müştəri üçün hansısa kiçik xidmət göstərmək üçün”.

Üstündə bıçaq gəzdirənlərin heç biri bunu hansısa davada, insidentdə istifadə edəcəyini deməyib.

Hansı bıçaqlar soyuq silah sayılır - incə detallar

Tendensiya onu göstərir ki, Azərbaycanda bıçaqla gəzən şəxslərin orta yaş həddi 15-29-dur. Bu yaşda olan insanlar üçün bıçaq əlçatandır. Onlar bir çox hallarda güc nümayişi, aqressiyanın hansısa formada ifadəsi üçün bu silah növünü üzərlərində daşıyırlar. Psixoloqlar hesab edir ki, xüsusən iradəsinə qalib gələ bilməyənlər bıçaqdan kriminal məqsədlər üçün istifadə edir. Ailə tərbiyəsi, təhsil səviyyəsi, mütaliəsi də onun bu davranış və vərdişlərinin yaranmasında mühüm rol oynayır.

Bundan başqa, bıçaq gənc və yeniyetmələr üçün çox əlçatan sayılır. İstənilən təsərrüfat malları mağazasında onların satışına rast gəlmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, soyuq silahla törədilən cinayətlərin sayının çoxluğu ona əlçatanlığın asan olmasından irəli gəlir. Hansı bıçaqların soyuq silah hesab olunması barədə rəyi isə adəti üzrə ekspertlər verir. Burada bıçağın tiyəsində onun əl tutumu yeri, ağzının uzunluğu və sair məsələlərlə bağlı incə nüanslar var. Bir çox hallarda da bıçaq istifadə olunduqdan sonra ona qiymət verilir ki, bunu soyuq silah kimi qiymətləndirsinlər.  Amma bir çox ekspertlər hesab edirlər ki, əgər bıçaq kəsici, deşici xarakterə malikdirsə, soyuq silah kimi xarakterizə oluna bilər və məsuliyyət yaradır...

İlgili resim

Məktəblərin qabağında, çayxanalarda da zaman-zaman aparılan polis axtarışı zamanı bəzi gənclərin, yeniyetmələrin cibindən bıçaq çıxması halları olub. Bıçaq gəzdirənlər bunu müdafiə məqsədilə etdiklərini desələr də, qanunlar onları müdafiə etmir.

Ümumiyyətlə, sovet dönəmində uzunluğu 4 santimetrdən artıq olan bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Müxtəlif ölkələrdə isə qanunlar başqa şey deyir.

Məsələn, Yaponiyada kəsici hissəsinin uzunluğu 15 sm və ya çox olan istənilən qatlanmayan bıçağa sahib olmaq üçün müvafiq prefektura təhlükəsizliyi komissiyasının razılığı olmalıdır. Həmçinin 6 sm-dən uzun olan cib bıçaqlarına sahib olmaq istəyənlər də eyni icazəni almalıdırlar. Kəsici hissəsi 6 sm-dən uzun olan bütün bıçaqların saxlanması və gəzdirilməsi, istisna halları çıxmaq şərtilə, qadağandır.  Qanunun pozulması halları müşahidə olunduğu halda 2 il azadlıqdan məhrumetmə və ya böyük məbləğdə cərimə ödənilməsi cəzası tətbiq olunacaqdır.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN