SON DƏQİQƏ

Amerikalı göbələk yığmağa getdi, ikibaşlı maral balası tapdı

Tarix:16-05-2018, 22:50

Amerikanın Minnesot ştatı sakini meşəyə göbələk yığmağa getdi və orada ikibaşlı maral balası tapdı.

 

Bu haqda lenta.ru saytı xəbər verib. Kişi bu tapıntısı barədə meşə rəhbərliyinə məlumat verdi və heyvan ştatın təbii resurslar nazirliyinə təqdim edildi. Burada isə onu gələcək araşdırmaıar üçün dondurdular. Araşdırmalar isə göstərdi ki, heyvanın boynu cütləşib və ordan iki baş çıxıb. Heyvan ölü doğulub. Onun daxili orqanları sona qədər formalaşmayıb. Maral balasının iki həzm sistemi olsa da, onlardan ancaq biri tam qaydada formalaşıb. Bundan başqa, iki ürəyi, bir böyrəyi olub. 

 

Corciya Universitetindən olan, maral araşdırmaçısı, zooloq Cino Danceli qeyd edib ki, bu anomaliya olduqca nadir sayılır. Onun sözlərinə görə, bu vaxta qədər siam əkizləri olan maralları müşahidə etməyib. Analoji anomaliya zaman-zaman ev heyvanlarında və ya vəhşi təbiət nümayəndələrində müşahidə olunur. Elmi ədəbiyyatda isə vəhşi heyvanlarla bağlı 19 mutasiya halı özünü göstərib. Onlardan beşi marallar olub.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN