SON DƏQİQƏ

Forbes: Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar

Tarix:24-05-2018, 09:40

Məşhur Forbes jurnalı 2018-ci ilin may ayınadək Rusiyanın ən varlı varisini elan edib. Jurnalın araşdırmasına görə, hazırda Rusiyada 102 milyarder var və onların toplam varidatı 403 milyard dollardır. Milyarderlərin isə üst-üstə 289 övladı var. Nəticədə orta hesabla hər uşağın payına 1, 4 milyard dollar pul düşür.

Forbes-in yeni reytinqinə isə “Lukoyl”un prezidenti Vahid Ələkbərovun oğlu Yusif başçılıq edir. Ələkbərovun yeganə övladı 17 milyard dollarlıq varidatın tək varisidir.

Siyahıda sonuncu yeri “LetterOne” şirkətinin prezidenti German Xanın övladları tutur. Xanın 4 uşağı var və onların hərəsinə 1,3 milyard pay düşür.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN