SON DƏQİQƏ

Rza Zərrab işində müəmmalar

Tarix:7-08-2019, 21:49

Sonxeberler.info musavat.com-a istinadən xəbər verir ki, İran əsilli iş adamı barədə mübhəmlər davam edir: ABŞ-da həbsdə, yoxsa kefdədir?
Xəbər verdiyimiz kimi, iyulun 19-da ABŞ-da həbsdən azad olunan “Halk Bank”ın keçmiş müavini Mehmet Hakan Atilla Türkiyəyə göndərilib. Türkiyəli eks-bankir ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Bürosunun səlahiyyətli şəxsləri tərəfindən Nyu-Yorkun Kennedi hava limanına gətirilərək Türkiyə Hava Yollarına (TYH) məxsus “TK-02" tipli təyyarə ilə İstanbul aeroportuna yola salınıb.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.Rza Zərrab işində müəmmalar



































Rza Zərrab məhkəmədə Atillanın əleyhinə ifadə vermişdi.

27 iyulda isə Azərbaycan əsilli iş adamı Rza Zərrab barəsində irəli sürülmüş cinsi zorakılıq ittihamından bəraət alıb. Məhkəmə milyarderin kamera yoldaşı, məhkum Fauzi Yaberin cinsi təcavüz və zorlamaya cəhd ittihamı ilə açılan dosyeni bağlamaq qərarı verib.

Zərrabın Manhetten ştatındakı “Metropolitan Correctional Center MCC” həbsxanasında qaldığı vaxt eyni kamerada qaldığı Yaber bu ittihamı 2017-ci ildə irəli sürmüşdü. Məhkəmə 20 aydır davam edirdi, Fauzi Yaber Zərrab əleyhinə irəli sürdüyü ittihama görə qarşı tərəfdən təzminat tələb edirdi.

Buna baxmayaraq, hazırda Rza Zərrab ortalıqda görünmür. Bununla belə, onun dosyesinə yeni bir “gizlilik möhürlü” sənədlər girməyə davam edir. Amerika hüquq sistemində isə ittihamlar “qiyabi şəkildə” edilmir. İttiham olunan şəxsin də məhkəmə zalında olması lazımdır. Belə ki, Rza Zərrab haqqındakı iddianamə də sonuncu ABŞ-a ayaq basmadan öncə Böyük Münsiflər Heyəti tərəfindən qəbul edilmiş, amma hələ yaxalanmamasına görə “möhürlənmişdi”. Zərrab saxlandığı zaman iddianamə də cəmiyyətə açıqlanmışdı. Hüquqşünaslar indi Zərrabın gizli bir yerdə danışmağa davam etməsilə birlikdə, sənədə girən yeni möhürlü, gizli sənədlərin də ABŞ torpaqlarında olmayan xarici vətəndaşlar haqqında “iddianamələr ola biləcəyinə” diqqət çəkir.Rza Zərrab işində müəmmalar
Zərrab prokurorluqla işbirliyinə girdi, “şahid” oldu

Zərrab 2017-ci ilin dekabrında başlanması nəzərdə tutulan prosesə qısa müddət qalmış, sentyabr ayında prokurorluqla “iş birliyinə”getməyə qərar vermişdi. Zərrabın verdiyi məlumatlar əsasında özü şahid olmuş, “Zərrab işində” tək cavabdeh isə Hakan Atilla olmuşdu.

Zərrab şəbəkəni necə qurduğunu, iranlılarla necə əlaqəyə girdiyini, İran investisiyalarının Türkiyədə “Halkbank” vasitəsilə dəlinməsi üçün necə bir şəbəkə qurduğunu detalları ilə öncə prokurorluğa, ardınca da məhkəməyə danışıb.

Hazırda isə Türkiyə mediası Rza Zərrabın harada ola biləcəyi ilə bağlı “baş sındırır”. İddialar aşağıdakı kimidir:
Rza Zərrab işində müəmmalar

























1.Nyu-Yorkda türmədə qalır

Nyu-Yorkda fəaliyyət göstərən vəkil Cahit Akbulut “Rza Zərrab haradadır” sualına cavabda “Nyu-York ətrafında, adı açıqlanmayan bir türmədə hələ də həbsdədir” iddiasını səsləndirib. R.Zərrabın azadlıqda olduğu istiqamətindəki xəbərlərin yersiz olduğunu deyən Akbulut aşağıdakıları vurğulayıb: “Türkiyə mediasında Sərrafın azadlıqda olduğu istiqamətində yer alan xəbərlər yersizdir. Həyat yoldaşı Ebru Gündeşin hamilə olduğunu belə iddia etdilər. Rza Zərrab həyat yoldaşı Ebru Gündəşlə Nyu-Yorkda gəldiyi zaman, sadəcə, türmədə görüşdü. Belə bir sərbəst qalma vəziyyəti amerikan ədalət sistemində mümkünsüz bir şeydir”.

Azadlığa buraxılıb, ABŞ-da yaşayır

R.Zərrabın azadlığa buraxıldığı və həyat yoldaşı ilə tez-tez görüşdüyü də yenə iddialar arasındadır. Etirafçı olmağı qəbul etdikdən sonra Zərrabın Nyu-Yorkda, şəhərin məşhur restoranı Nobuda görüntüləndiyi və restoranla üzbəüz “Four Seasons Downtown” hotelində göründüyü iddia edilmişdi. “Hürriyet” müxbiri Razi Canikligil Zərrabı qapıda gözlədiyi halda Vaşinqton seriyalı “Cadillac Escalade” markalı, sürücüsü lüks maşını ilə birlikdə görüntülədiyini açıqlamışdı.

Dubaya köçüb

Daha bir iddia isə Rza Zərrabın məhkəmədə iş birliyindən sonra üzünü dəyişdirərək Dubaya köçməsi ilə bağlıdır. Bu iddiaya Zərrabın türmədə olduğu zaman vəkilinə Dubaya köçməklə bağlı arzusunu deməsi səbəb olub. Zərraba aid əl yazısı ilə vəkilinə yazılmış məktubda aşağıdakılar qeyd edilmişdi: “Dubaydakı vəkil Abdurrahman Al Sharif ilə görüşüb, gələcəkdə Dubayda yaşaya bilməyim üçün Dubayda oturum alıb-ala bilməyəcəyimi dəqiqləşdir. Vəkilə deyib ki, Amerikada prokurorla iş birliyinə gedib, razılaşma əldə edərsə, cəzası bitdikdən sonra Dubaya köçə bilərmi? Amerikadan birbaşa Dubaya deport edilsəm, oturumumu həll edə bilərmi? Bütün bunlarla bağlı danışmaq üçün vəkildən görüş istə, gedib üz-üzə danış”.

Bu məktub da Zərrabın türmədən çıxarıldıqdan sonra Dubaya köçməsi ilə bağlı iddialara əsas olaraq göstərilir.

FTB nəzarətində tutulur

Rza Zərrabın ABŞ-da türmə xaricində FTB nəzarətində saxlanması da yenə iddialar sırasında yer alır. Zərrab şahidliyi zaman, türmədə saxlanarkən ona qarşı bıçaq çəkildiyini iddia etmiş və FTB nəzarətində olduğunu demişdi. Nyu York Cənubi Bölgə Prokurorluğu da Zərrabın FTB nəzarətində olduğunu demiş, amma harda saxlandığı ilə bağlı sualları cavabsız qoymuşdu.
Rza Zərrab işində müəmmalar























Zərrab nədə ittiham olunub?

İttihamnamədə şübhəlilərə qarşı altı ittiham irəli sürülmüşdü:

ABŞ və xüsusilə də ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq

Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmağa cəhd

Bank sistemində saxtakarlıq

Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq

Pul yuyulması

Pul yuyulması üçün plan qurmaq.

Zərrab haqqında 90 ilə qədər həbs və 50 milyon dollar pul cəzası və Atilla haqqında 50 ilə qədər həbs və 2 milyon dollar pul cəzası istənilib.

İttihamnamədə eləcə də şübhəlilərin sanksiyaları pozmaq üçün qurduqları sistemdə “İran və Türkiyənin yüksək vəzifəli hökumət üzvlərinin də iştirak etdiyi və bu sistemi qoruduğu” irəli sürülüb.

Bundan başqa, Zərrab, Atilla və iş ortaqlarının sanksiyaları pozmaq üçün iki fərqli üsula əl atdıqları bildirilir. Çağlayan və Aslan barəsində isə bu üsulların funksionallığını təmin etmək üçün “dəyəri milyon dollarla ölçülən nağd pul və cəvahiratı rüşvət kimi aldıqları” iddia edilib.

İttihamnaməyə görə, sanksiyaları pozmaq üçün tətbiq olunan üsullar “neft qarşılığı qızıl” və “xəyali tranzit ticarət” olaraq qeyd edilib.

İttihamnamədə ilk sistem olan “neft qarşılığı qızıl” üsulunun ən az 2010-cu ildən bəri tətbiq olunması barəsində məlumat yer alır və burada göstərilən məlumata görə, sistem belə işləyib:

Sanksiyalar ucbatından Türkiyə aldığı neft və təbii qaz üçün ödəməli olduğu məbləği İrana birbaşa göndərə bilməyib. Buna uyğun olaraq İran, Türkiyədə yerləşən “Halkbank” adlı bankda bir hesab açıb. Türkiyə də ödəmələri bu hesaba yatırıb.

Daha sonra, bu hesabdakı pullar Zərrabın şirkətlərinə köçürülüb və bu şirkətlər üzərindən qızıl alınıb. Həmin qızıllar Türkiyədən Dubaya ixrac olunub və burada yenidən pula çevrilib və çantalarda İrana aparılıb.

Beləliklə, sanksiyalar başqa ölkələr üzərində dolayı yollarla pozulub və Aslan və Atilla başda olmaqla Halkbank rəhbərlərinin ABŞ Maliyyə Nazirliyi səlahiyyətli üzvləri ilə qurduqları əlaqələrdə qızıl alqısının İran dövləti tərəfindən yox, şəxslər və şirkətlər tərəfindən həyata keçirildiyi ortaya çıxıb. İttihamnamədə bu öz əksini “yalan bəyanat” vermək kimi tapır.

Eləcə də şübhəlilər Türkiyədən ixrac edilən qızılın Dubaya deyil, İrana göndərilmiş kimi göstərərək “sənədlərin saxtalaşdırılmasında” günahkar bilinirlər.

İkinci üsulun isə 2012-ci ildə İranın qiymətli metal idxalına yönəlmiş sanksiyaların pozulması ilə birlikdə qüvvəyə mindirildiyi göstərilir. ABŞ-ın yeni tənzimləmələri, İranın başqa ölkəyə satdığı enerji məhsulları müqabilində alacağı ödənişləri yenə o ölkəyə və yalnız qida və ya tibbi məmulat alqısında istifadəsini nəzərdə tutur.

Sübutlar bunlardır:

Prokurorluğun təqdim etdiyi iddialara əsasən, Zərrab və digər şübhəlilər bu dəfə qızıl ixracatı əvəzinə, Türkiyə və Dubay üzərindən İrana buğda ticarəti etməyə başlayıb. İttihamnamədə buğda ticarətinin aparılmadığı və yalnız kağız üstündə göstərilərək İranın hesablarından alınan pulun yenə də Zərraba və iş ortaqlarına aid şirkətlər vasitəsilə təkrar İrana göndərildiyi önə çəkilir.

Prokurorluğun ittihamnaməsində şübhəlilər arasında baş tutan bəzi telefon zəngləri və e-mail yazışmaları yer alır.

Prokurorluq bir növ ortaya atdığı iddiaları, ittihamlarının istinad etdiyi hüquqi tənzimləmələri və bu iddiaları sübut etmək üçün təqdim etdiyi dəlilərlə bağlı bəzi detalların qeyd olunduğu sənədi oktyabrın 30-u məhkəməyə verib.

“Məhkəmə prosesində təqdim ediləcək dəlillərə, qurulan qəsdlərin həyata keçirilməsi məqsədilə aralarında və başqaları ilə apardıqları saysız əlaqə yazıları daxildir,” ittihamnamədə deyilir. Təqdim olunacaq dəlillərə aşağıdakılar daxildir:

Şübhəlilərin hesablarının istintaqı nəticəsində əldə olunan e-mail yazışmaları;

Zərrab və Atillanın telefonlarından əldə edilən elektronik əlaqə yazıları;

Türkiyə təhlükəsizlik qüvvələrinin şübhəlilərin telefonlarını dinlənməsi vasitəsilə əldə olunan səsyazmalar;

Şübhəlilərin telefonlarından və Türkiyə təhlükəsizlik qüvvələrinin Zərrabın iş yeri ilə “Halkbank” arasındakı zənglər əsnasında əldə etdiyi sənədlərin şəkilləri;

“Telefon zənglərinin səsyazmaları və kasetləri ilə bərabər, Zərrabın iş yeri ilə “Halkbank” arasındakı zənglərinin sənədlər əsasında həqiqiliyi və necə əldə olunması, bu barədə məlumatı olan bir və ya daha artıq şahid tərəfindən təsdiq ediləcək,” prokurorluğun təqdim etdiyi məlumatda deyilir.

Lakin bu şahid və ya şahidlərin kimliyinə dair hər hansı bir məlumat verilmir.

Eyni məlumatın başqa bir qismində 2013-cü ilin 17 dekabrında Türkiyədə təşkil olunan korrupsiya iddiaları ilə əlaqədar bir əməliyyatda Zərrab, Aslan və Happaninin nəzarət altına alındığı diqqətə çatdırılır: “Bu istintaq Türkiyə hökuməti içində mühüm miqdarda və yüksək səviyyədə korrupsiyanın ortaya çıxarıb və bu səbəbdən də istintaqda yer alan təhlükəsizlik işçiləri ilə prokurorlara qarşı cəld və sərt bir şəkildə hərəkətə keçilib,” deyilir.

Məlumatda Zərrabın həbsindən sonra, 2014-cü ilin fevralında sərbəst buraxıldığı və haqqındakı ittihamların 2014-cü ilin iyulunda aradan qaldırıldığı vurğulanır. Bu vəziyyətin isə Zərrab və Halkbanka “saxta qida ticarətlərini davam etdirmək” üçün şərait yaratdığı göstərilir.

2013-cü ilin dekabrın 17-də korrupsiya iddiaları ilə bağlı aparılan əməliyyat çərçivəsində polis tərəfindən qeydə alınan telefon zənglərinin mühüm bir hissəsinin ABŞ-dakı ittihamnamədə yer aldığı görünür.

Bununla birlikdə ittihamnamədə şübhəlilərin öz aralarında və ya başqaları ilə danışdıqları, lakin Türkiyədəki polis məlumatlarına daxil olmayan zənglər də var.


Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN