Son illərdə dünyanın müxtəlif ölkələrində ən qəribə, ağlasığmaz evliliklər baş verir. Kimisi əşyalarla, heyvanlarla, kimisi də ağacla, qüllə ilə evləndiyini bəyan edir.
Sonxeberler.info Musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir.
Məsələn, bu günlərdə Liverpulda yaşayan Keyt Kanningam adlı qadın kəndalaş ağacı (Elder) ilə evlənib. O, hətta Elder adını da özünə soyad olaraq götürüb.
Keyt sevgilisinin bu “nikahı” normal qarşıladığını və hətta ona dəstək olduğunu bildirib:
“Bu hadisədə ən çox utanan oğlum oldu. Ancaq o da məni bu gün tək qoymadı. Ən böyük dəstəkçim isə atam oldu”.
34 yaşlı qadının dediyinə görə ağacların kəsilməsinə qarşı olaraq bu cür atıb. O, bu yolla ağacların kəsilməsinə diqqəti cəlb etmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, 2013-cü ildə məşhur aktyor Riçard Torres də ağacla evlənmişdi. Aktyor bununla da diqqəti ekologiyaya çəkdiyini bildirib. Beləliklə bu münasibət ilə toy məclisi qurulub, yaxın dost və tanışlar dəvət edilmişdi.
Ötən illərdə isə Fransada Erika adlı gənc bir qadın Eyfel qülləsi ilə evləndiyini bəyan etmişdi. Qadın bir çox şəxs kimi əşyalara qarşı xüsusi hissləri olduğuna inanıb. O, 3 il Fransa qanunları ilə mübarizə apardıqdan sonra, nəhayət Eyfel qülləsi ilə rəsmi şəkildə evlənib. Qadın hətta özünə Etfel soyadını götürüb.
49 yaşlı Sellik adlı qadın isə öz yorğanı ilə evlənmişdi. Qadın hətta bu münasibət ilə bir məclis təşkil edərək, qonşuları da dəvət edib. O, qonaqlarına bildirib ki, yorğanı hər zaman yanında olub və buna görə onu çox sevir.
Sudanlı C.Tombe isə keçi ilə evlənmişdi. Digərlərindən fərqli olaraq o, bu evliliyə məcburən razı olub. Belə ki, Tombe bir keçi oğurlayıb. Keçinin sahibi yaxalanan Tombeyə keçiy ilə evlənəcəyi təqdirdə ondan şikayətçi olmayacağını bildirib və keçinin pulunu ödəməsini tələb edib. Həbsə düşməmək üçün Tombe keçi ilə evlənmək məcburiyyətində qalıb.
Amerikada isə Amy Volf adlı qadın əyləncə qatarı ilə evlənib. Hər gün Lunaparka gedən qadın oradakı qatarla arasında xüsusi hislərin olduğunu düşünüb. Başqaları oraya minərkən qısqanclıq keçirən qadın qatara evlənmə təklifi edib.
Hindistanda isə 18 yaşlı bir qızın küçə iti ilə evlənməsi olayı dünya mətbuatının gündəminə düşmüşdü. 70 nəfərin iştirak etdiyi toy məclisinə it xüsusi olaraq avtomobildə gətirilmişdi. İnanca görə guya qız bu nikahla bir həftə əvvəl düşdüyü tilsimdən qurtula biləcək.
Son illərdə uğur əldə etmək üçün timsahla evlənənlərin də sayı artmağa başlayıb. Məsələn, ötən illərdə Meksikada San Pedro Huamelula ərazisinin bələdiyyə sədri Viktor Aqilar balıqçılara uğur gətirməsi üçün timsahla evlənib. İnanca görə, bölgədə bələdiyyə sədri hər il balıqçılıq sahəsində məhsuldarlıq olsun deyə timsahla evlənməlidir. Aqilar dişi timsahla evlənib və timsah nikahdan əvvəl xaç suyuna salınıb, ağzı bağlanıb və gəlinlik geyindirilib.
Sindi Kempli adlı Britaniya vətəndaşı isə delfinlə evlənmişdi. 15 il ərzində akvariuma gələrək, onu izləyən qadın sonda delfinlə toy mərasimi də təşkil edib. Mərasimin sonunda qadın delfinə balıq verməklə, ona “hə” deyib.
Sonxeberler.info