SON DƏQİQƏ

Azərbaycandan getdilər, qızlarının adını "Rusiya" qoydular...

Tarix:7-10-2019, 16:05

Azərbaycandan olan ər-arvad Oleq və İnna Solnışkinlər qızlarının adını Rusiya qoyublar. Cütlük bu adı uşağa vətənləri Rusiyanın şərəfinə veriblər.

“Qızımızın adını niyə Rusiya qoyduğumuzu yalnız Rusiya vətəndaşlığını rəsmiləşdirmə prosesini keçənlər başa düşər. Bu prosesi başa çatdırmaq üçün bir neçə mərhələdən keçməli olduq. Mən özüm 2016-cı ildə Rusiya vətəndaşlığı almışam, həyat yoldaşım isə hələ də Azərbaycan vətəndaşıdır”, “Podmoskovye seqodnya” saytına müsahibəsində Oleq Solnışkin bildirib.

Solnışkin həmçinin deyib ki, Rusiya ona vətənindən daha çox şey verib. Orexovo-Zuyevoda ailə sosial təminat, tibbi kömək və yeni ev əldə edib. O, hesab edir ki, qızları Rusiyanı adına görə məktəbdə incitməyəcəklər.

Mənbə yazır ki, Rusiya adı verilən uşaq oktyabr ayının 4-də doğulub. Uşağın valideynləri Azərbaycandan köçmədirlər.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN