SON DƏQİQƏ

Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon

Tarix:14-10-2019, 21:00

Xəzinəylə dolu məzarlıq və ona toxunan hər kəsi ölümün soyuq üzüylə tanışdıracaq Misirin sirli hökmdarı Tutanhamonun lənətinin sirri illərdir, izah oluna bilmir.

18-ci xanədanlığın sonlarına doğru keçmiş Misirin ən ehtişamlı günlərini yaşadığı dönəmdə hökmranlıq edən Tutanhamon ilk taxta çıxdığında böyük bir xaosun içinə düşmüşdü.

Taxtın Tutanhamondan öncəki sahibi olan və Tutanhamonun atası olduğu düşünülən firon Amenhotep xalqı Günəş tanrısı Atenə sitayiş etməyə məcbur edir və köhnə adət-ənənələri heçə sayırdı. Kafir kimi tanınan Amenhotep keçmiş ibadət yerlərini bağlatdırıb, rahiblərin ibadət etdiyi Amenin heykəllərini uçurtmuşdu. Bu vəziyyət ölkədə xaosa səbəb olmuşdu.

Amenhotep xalqı təkcə dini xaosun içinə atmaqla qalmamış, həm də paytaxtı Nilin bərəkətli sahillərindən alaraq, ölkənin qərbindəki çöllərə daşımışdı. İnsanları da məcbur edirdi ki, bu quru və bərəkətsiz torpaqlarda yenidən şəhər inşa etsinlər.

Amenhotepin ölümündən sonra taxta çıxan 8 yaşlı Tutanhamon hələlik xalqın təşvişinə son qoya bilməmişdi. Çünki xalq 8 yaşlı hökmdardan böyük dəyişikliklər gözləmirdi.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon


























18. hanedanın sonlarına doğru Eski Mısır’ın en ihtişamlı günlerini yaşadığı dönemde hüküm süren Tutankamon, ilk tahta çıktığında büyük bir kaosun içine düşmüştü.

Tutanhamonun 8 yaşında olmasına baxmayaraq ətrafında kifayət qədər ona yardım edəcək biliyə və təcrübəyə sahib insanlar var idi. Bu da Tutanhamonun öncəki hökmdardan fərqli xarakterdə biri olmasında böyük rol oynadı.

Tutanhamon ölkənin paytaxtını ilk olaraq yenidən Nilin bərkətli sahillərinə köçürdü, ölkə əsaslı yenilənmə dönəminə keçdi.

On il boyunca ölkəni düzgün idarə edən Tutanhamon 9 yaşında olarkən ögey bacısı ilə evləndirilir.

Qədim Misirin adətlərində qohum evliliklərinə adi hal kimi baxılırdı. Bu da dünyaya gələn uşaqların fiziki qüsurlu olmasına səbəb olurdu. Tutanhamon nə qədər böyük hökmdar olsa da, onun da bir çox fiziki qüsuru var idi. İlk öncə beynində deformasiya, ayağında isə əyrilik var idi. Bundan əlavə onun özündən sonra taxta çıxacaq bir varisi də olmamışdı.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon



















Akhenaten yalnızca halkı dini bir karmaşanın içine sürüklemekle kalmamış, Mısır'ın başkentini Nil’in bereketli kıyılarından alarak ülkenin batısındaki Akhetaten adını verdiği çöle taşımıştı.

18 yaşında dünyasını dəyişən Tutanhamonun nəyə görə bu yaşda vəfat etməsi məsələsi də hələlik müəmma olaraq qalır. Bununla bağlı bir çox fərziyyələr də var. Bir qrup mütəxəssis onun qohum evliliyindən qaynaqlanan genetik bir xəstəlikdən, bəziləri ayağını qırdıqdan sonra yaranan iltihaplanmadan, bəziləri isə iqtidarı ələ keçirmək istəyən biri tərəfindən öldürülməsi səbəbindən dünyasını dəyişdiyini düşünürdü.

Çox gənc yaşda və anidən öldüyü üçün Tutanhamonun dəfn edilməsi üçün məzarı da hazırlanmamışdı. Bu səbəblə Tutanhamonun əbədi istirahəti üçün bir başqasının adına inşa edilmiş və hazır vəziyyətdə olan birinin məzarında dəfn olunduğu ehtimal olunur. Tutanhamondan sonra taxta sahib olacaq bir varisinin də olmaması ölkədə yenidən xaosa səbəb oldu. Ölkədəki bu xaos 20 il davam etdi və yeni bir xanədanın taxta çıxması ilə Misir üçün yeni dönəm başladı. Gənc fironun da məzarı onun haqqında araşdırmalar başlayanadək unuduldu.

Tutanhamonun ölümündən təxminən üç min il sonra avropalı zənginlər evlərini qədim Misir tabloları ilə bəzəməyə başladı. Bu dəb araşdırmaçıların da diqqətini çəkdi və onları qədim Misir torpaqlarına gətirib çıxardı.

Bu araşdırmaçılar içərisində Lord Karnavon və Havord Karterin adlarını xüsusilə çəkmək lazımdır. Çünki onlar ilk dəfə olaraq Tutanhamonun qəbrini tapan şəxslərdir.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon





























Tutankamon’un ölümünden yaklaşık 3 bin yıl sonra Avrupa'nın zenginleri, evlerini Eski Mısır’dan kalma eserlerle doldurmaya merak sarıp başkentin çevresindeki gömü alanlarını birer birer kazmaya başlamışlardı.

Tutanhamonun məzarı olduğu iddia edilən məzarlıqda gənc fironun mumyalanmış cəsədi ilə bərabər iki qız uşağı da var idi. Ehtimal olunur ki, bu iki qız onun erkən ölən uşaqlarıdır.

Bu inanılmaz kəşf bütün dünyada böyük əks-səda doğurdu. Lakin kəşfdən bir müddət sonra qəribə hadisələr baş verməyə başladı. Söylənənlərə görə, məzarın içərisində bir çox yazı var idi.

Onlardan birində belə yazılmışdı: “Fironun məzarına hər kim toxunsa, ölümün qanadları onu bürüyəcək”.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon


























Tutankamon'un mezarında iki kız bebek de vardı, bunlar tahminen eşi Ankhesenamun'un doğurduğu ve hayatta kalmayı başaramayan çocuklarıydı. Gelenekler gereği, bu bebekleri mumyaladıktan sonra babalarının yanına gömmüşlerdi.

Araşdırmalar davam etdiyi bir vaxtda Karterin evində qəfəsdə saxladığı quşu kobra yedi. Hadisədən xəbər tutan işçilər Misir hökmdarlığının simvolu olan kobra ilanının bu şəkildə ortaya çıxmasını yaşanacaq pis hadisələrin xəbərçisi kimi mənalandırdı.

Bir müddət sonra Lord Karnavonun ölməsi insanlarda daha çox təşvişə səbəb olmağa başladı. Bir müddət sonra Karnavonun ən sevdiyi iti də öldü. Karter nə qədər məzarın lənətli olmadığını desə də, oranı ziyarət edən digər araşdırmaçılar da müxtəlif səbəblərdən dünyalarını dəyişirdi.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon























Kazılar devam ettiği sırada Carter'ın kafeste beslediği kanaryayı kobra yılanı yemişti ve olayı duyan işçiler Mısır hükümdarlığının simgesi olan kobra yılanının bu şekilde ortaya çıkmasını belanın habercisi olarak yorumladılar.

Bütün bu ölümlərin səbəbinin havalanan tozlardakı bakteriyalar olduğu bildirildi. Alim Alfred Lukas isə bakteriya nümunələrini araşdırdıqdan sonra biri xaricində digərlərinin təhlükəsiz olduğunu açıqladı.

Bir müddət divarı bürüyən göbələyin alergiyaya səbəb olduğu düşünülürdü, lakin bu da öz təsdiqini tapmadı. Qədim misirlilərin təsirli zəhərlər istehsal etdiyi bilinirdi, bu səbəbdən də düşünülürdü ki, məzarlara da bu zəhərlərdən qoyulur. Lakin bir müddət sonra bu ehtimal da özünü doğrultmadı. Uzun müddət araşdırılsa da, hələ də Tutanhamonun məzarındakı ölüm hallarının hansı səbəblə baş verdiyi tapılmayıb.
Qiymətli xəzinələrlə zəngin məzarına toxunanların ölümünə səbəb olan uşaq firon: Tutanhamon






















Onu da qeyd edək ki, uzunmüddətli fasilədən sonra Tutanhamonun məzarı onunla maraqlanan insanlar üçün açıq elan edilib. (Musavat.com)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN