Hollivud aktrisası Ancelina Colinin baş rolunda oynadığı "Əbədi" filminin çəkiliş meydançasında partlamamış bomba tapılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kanar adalarında aparılan çəkilişlər zamanı yaşanan hadisə film heyətini şoka salıb. Onlar dərhal təxliyə ediliblər.
Hadisə yerinə gələn mütəxəssislər bombanın İkinci Dünya Müharibəsindən qala biləcəyini söyləyiblər.