Londonda səs-küylü cinsi istismarla bağlı məhkəmə prosesi başlayıb
İngiltərədə polis sosial mediada özünü 16 yaşında bir kişi olaraq, təqdim edən Gemma Vatts adlı qadının bu yolla ünsiyyətə keçdiyi onlarla qız uşağını cinsi istismar etdiyini üzə çıxarıb.
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, çıxarıldığı məhkəmədə 4 uşağa yönəlmiş 7 ayrı ittihamı qəbul edən Vattsa həbs cəzası verilməsi gözlənilir.
Londonun Enfield bölgəsində yaşayan 21 yaşındaki Vatts sosial mediada özünü 16 yaşındakı Ceyk Vaton adlı bir gənc olaraq təqdim edir, bu yolla tanış olduğu qız uşaqları ilə çılpaq şəkil mübadiləsi edir, sonra görüşlər təşkil edirdi.
Polis Vattsın bu yolla cinsi istismara məruz qoyduğu şəxslərin sayının 50-yə çatdığını təxmin edir.
London Təhlükəsizlik İdarəsindən verilən açıqlamada bildirilir ki, Vatts Snapchat və İnstaqramda Ceyk adında hesab açaraq, 14-16 yaşlarındakı qızlarla münasibət qurmağa çalışıb.