SON DƏQİQƏ

Meditasiya tətbiqləri ötən il 195 milyon dollar gəlir əldə edib

Tarix:4-02-2020, 09:43

2019-cu ildə olduqca məşhurlaşan Meditasiya tətbiqləri mobil tətbiq mağazalarında ciddi gəlirlər əldə ediblər.

Tətbiq analiz şirkəti Sensor Towerin paylaşdığı məlumatlara görə tətbiq mağazalarında yer alan ən məşhur 10 meditasiya tətbiqi 2019-cu ildə 195 milyon dollar gəlir əldə edib. 2018-ci illə müqayisədə meditasiya tətbiqlərinin əldə etdiyi gəlirin 52 faiz artdığını da qeyd edək.

Sonxeberler.info techland.az-a istinadən bildirir ki, təxminən 5 ildir meditasiya tətbiqləri ciddi şəkildə yüksək gəlirlər əldə etməyə başlayıblar və məşhurluqları getdikcə artmaqdadır.

Bu tətbiqlərdən ilki və ən böyüyü Calmdır. Məlumata görə Calm 2019-cu ildə 92 milyon dollar gəlir əldə edib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN