SON DƏQİQƏ

Nadir xəstəlik Banqladeşdə 8 yaşlı uşağı daşa çevirir FOTO-VİDEO

Tarix:14-02-2017, 13:35

Banqladeşdən olan 8 yaşlı Sehendi Həsən insanlardan qaçmalı və vaxtını evdən keçirməlidir, çünki uşaq, onu daşa çevirən nadir xəstəlikdən əziyyət çəkir. Balaca nəyə toxunursa, onda dözülməz ağrı yaradır.
 
Üzünün normal görünüşünə baxmayaraq, bədəninin digər hissələri ona hərəkət etməyə və əlinə əşya göbtürməyə mane olan qabıqla örtülüdür.
 
 
Uşaq cəmi 12 aylıq olanda  valideynləri onun dərisində kiçik  səpkilər görsə də, buna əhəmiyyət vermirlər. Lakin bütün bədləni səpkilərlə örtüləndə onlar narahat olmağa və bütün həkimləri gəzdirməyə başladılar.
 
Uşağın anası müalicə üçün hökumətə və yerli xəstəxanalara müraciət etsə də nəticəsiz qalıb.
 
 
Hazırda o, müalicəsiz və əlverişsiz şəraitdə kənddə yaşayır. Yerli sakinlər ona baxa bilmirlər. Uşağın məktəbə getməsindən və həmyaşıdları ilə oyun oynamasından isə söhbət belə gedə bilməz. Həsən  bədənin sürtməyən paltar geyinmək məcburiyyətindədir, gününün çox hissəsini isə evdə keçirməlidir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN