SON DƏQİQƏ

Bill Qeytsin batareya fabriki iflas edib

Tarix:11-03-2017, 16:18

Dünyaca məşhur iş adamı  Bill Qeytsin batareya texnologiyaları hazırlayan şirkəti iflas edib.  “Aquion” şirkətinin investisiya çatışmazlığı üzündən iflas etdiyi açıqlanıb. Son model telefon sektorunun inkişafı ilə birlikdə istifadəçilərin batareyalara olan ehtiyacları texnologiya nəhəngini bu sahəyə istiqamətləndirmişdi. Məşhur iş adamı Bill Qeyts bazar ehtiyaclarını nəzərə alaraq, batareya istehsalı işlərinə böyük investisiya yatırmışdı. Onun “Aquion” adlı şirkəti uzun müddətdir inkişaf etmiş batareya texnologiyaları ilə bağlı fəaliyyət göstərir. 190 milyon dollardan artıq  investisiya qoyulan  və batareya texnologiyasında yeni uğurlara imza atması gözlənilən şirkət birdən-birə iflas etdiyini açıqlayıb.

“Aquion”un baş icraçı direktoru Scott Pearson iflasın səbəbləri haqqında məlumat verib.  Batareya texnologiyasını inkişaf etdirməyin olduqca çətin olduğunu  deyən Pearson, nəticəyə çatmaq üçün davamlı bir yol keçilməsi gərək olduğunu bildirib.  Vaxtdan başqa, o, batareya texnologiyasının çox  bahalı bir sistem olduğunu, böyük sərmayə tələb etdiyini  açıqlayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN