NASA sabah bir mətbuat konfransı keçirəcəyini açıqlayıb. Toplantının “Günəş sistemində okeanlı dünyalar” haqqında olduğunu deyən rəsmilər mövzu ilə bağlı başqa detal verməyib. Ənənəvi olaraq, NASA, belə elanları böyük kəşflərin əvvəlində verir. Müşahidəçilər kəşfin Saturna göndərilən Cassini peykindən alınan məlumatlara aid olduğunu təxmin edirlər. Son dəfə belə elan dünyaya 39 işıq ili kənarda yaşanan 7 planet kəşf edildiyi zaman açıqlanmışdı.
Astronomların Trappist-1 adını verdiyi cücə ulduzdan uzaqlığı dünya ilə bənzər olan 7 planetdə temperatur səviyyəsinin də dünya ilə bənzər ola biləcəyi düşünülür. Trappist 1-in səth istiliyinin günəşin yarısı qədər olduğuna diqqət çəkilir ki, bu da qırmızı cücə ulduzun ultra soyuq olduğu mənasını verir.
Üzərlərində su tapıla biləcəyi ifadə edilən planetlərin dünyaya yaxın olduqlarına diqqət çəkilərkən, təcrübədə ən yaxşı teleskoplardan istifadə edildiyi söylənir. NASA-nın 2018-ci ildə göndərməyi planlaşdırdığı yeni teleskoplar sayəsində 7 yeni planet haqqında daha çox məlumat əldə ediləcək.