SON DƏQİQƏ

17 yaşlı qız evə oğlan gətirdi, "əri" oyanıb onları birlikdə tutdu - Gizli sevgi ölümlə nəticələndi - FOTO

Tarix:1-05-2017, 11:17

Türkiyədə gizli sevgi münasibəti ölümlə nəticələnib.

 Sonxəbərlər internet qəzeti "Haberler"ə istinadla bildirir ki, Türkiyənin Adana şəhərində törədilən cinayətin təfərrüatı məlum olub.

 

17 yaşlı İ.D sevgilisi olduğu deyilən Z.K-nın birlikdə yaşadığı "əri" İsanı öldürüb.

 

 

Hadisə ötən gün Sarıçam mahalında baş verib. İddialara görə İsa ilə qohumu Z.K nikahsız olaraq birlikdə yaşamaq qərarına gəliblər. Bir müddət sonra Z.K İsa yuxuda ikən evə başqa oğlan gətirib. İsa ayılanda nikahsız yaşadığı Z. K ilə onun sevgilisini birlikdə tutub.

 

Oğlanlar arasında mübahisə yaranıb. Qızın sevgilisi İsanı sinəsindən bıçaqlayıb, sonra da eyvandan aşağı atıb.

 

Çoxlu qan itirən İsanın həyatını xilas etmək mümkün olmayıb.

 

Məsələ ilə bağlı istintaq davam edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN