acebook sosial şəbəkəsi aqressiv paylaşımlarla və zorakılıq səhnələrinin yayımıyla mübarizə aparmaq üçün əlavə 3 min insanı işə götürəcək.
Bunu sosial şəbəkənin yaradıcısı və sahibi Mark Zukerberq bəyan edib.
SonXəbərlər BBC-yə istinadən bildirir ki, Zukerberq Facebook-da canlı yayım zamanı özünə və digərlərinə ziyan vuran insanları seyr etməyin "ürəkyandıran" olduğunu qeyd edib.
O, həmçinin əməkdaşların hadisəyə vaxtında reaksiya verməsi və lazım gəldiyində hüquq-mühafizə orqanlarına müraciət etməsi üçün sosial şəbəkənin şikayət mexanizminin sadələşdiriləcəyini qeyd edib.
"Ötən həftə biz canlı yayımda kiminsə intihar edəcəyi barədə məlumat aldıq. Dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq və intiharın qarşısı alındı", - Zukerberq profilində yazıb.
Sosial şəbəkənin bu addımı atmasına səbəb canlı yayımda intihar və qətl hadisələrinin baş verməsi hallarıdır. Ötən ay Facebook-da bir kişi canlı yayımda qətlə yetirilib.
Taylandda isə bir kişi kiçik qızını və daha sonra özünü necə öldürdüyünü Facebook Live vasitəsilə canlı yayımlamışdı.