SON DƏQİQƏ

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? - FOTO

Tarix:6-05-2017, 10:03

utbol aləmində nəticələr, statistikalarla bərabər bir sıra maraqlı faktlar da azarkeşlərin daim yaddaşlarında yer alır.

SonXəbərlər apasport.az-a istinadən bəzi futbol adamları haqqındakı maraqlı və qəribə faktları təqdim edir.

1. "Vida oyunu"nda öz qapısına qol vuran yeganə oyunçu alman əfsanə Franz Bekkenbauerdir.

Futbolcularla ilgili bilinmeyenler

2. Fransa millisinin və "Yuventus"un keçmiş müdafiəçisi Lilian Türam rəqiblərini narahat etmək üçün oyuna çıxmazdan əvvəl bədəninə sarımsaq sürtərmiş.

Futbolcularla ilgili bilinmeyenler

3. Çarli Austin karyerasının ilk illərində həvəskarlar liqasında oynayarkən yaşamaq üçün inşaatda fəhləlik də edirmiş.

Futbolcularla ilgili bilinmeyenler

4. Zədə səbəbindən ən uzun müddət oynamayan ən bahalı oyunçu "Real" "Milan"a 11 milyon funt-sterlinqə keçən Fernando Redondodur. İlk oyununda 3-cü dəqiqədə dizindən zədələnən Redondo təxminən 2.5 il meydandan kənarda qaldı. Redondo ona ödənən 2.74 milyon funtu, klubun verdiyi evi və maşını geri qaytarmaq istəsə də, "Milan" razılaşmayıb.

Futbolcularla ilgili bilinmeyenler

5. Bundesliqada ən uzaq məsafədən qol buraxan qapıçı Manuel Noyerdir. O, 73 metr məsafədən gələn zərbə qarşısında aciz qalıb.

Futbolcularla ilgili bilinmeyenler

6. Türkiyə - İngiltərə milli oyunlarında Devid Bekhemlə arasında yaranmış gərginlik səbəbindən İngiltərədə sevilməyən adamlardan biri olan Alpay Özalan "Aston Villa"da oynayarkən gecə saat 3-də evinin qarşısında İngiltərə marşı səsləndirən qrupu döyərək onlara güclə Türkiyə İstiqlal marşı dinlətdirib. 

Futbolcularla ilgili bilinmeyenler

7. Madrid "Real"ının Uelsi futbolçusu Qaret Beyl uşaq vaxtı məhəllədə futbol oynayarkən ədalətli olsun deyə adətən sol ayağından istifadə etməsinin qadağan olunduğunu deyib.

Futbolcularla ilgili bilinmeyenler

8. Kolumbiya ilə oyunda qazanılan 3 penaltidən də istifadə edə bilməyən Argentina millisinin oyunçusu Martin Palermo bir oyunda ən çox penalti boşa verən oyunçudur.

Futbolcularla ilgili bilinmeyenler

9. Alessandro Nesta saatlarla "Play Station" oynadığı üçün baş barmağını zədələmiş, bunun nəticəsində əməliyyata məruz qalmış və  4 həftə oynaya bilməmişdi.

Futbolcularla ilgili bilinmeyenler

10. Patris Evranın 23, Aleks Sonqun isə 27 bacı-qardaşı var. İki oyunçunun bacı-qardaşlarının cəmindən 4 ayrı komanda yaratmaq olar.

Futbolcularla ilgili bilinmeyenler

11. Frank Lempard dünyanın ən intellektual futbolçularından biridir. Oyunçunun İQ nəticəsi 150-dir. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN