SON DƏQİQƏ

Braziliyada on minə yaxın balıq olduqca maraqlı bir səbəbdən tələf olub.

Tarix:6-05-2017, 11:01

“Channel News Asia”nın xəbərinə görə, buna səbəb balıqların iri akvariuma köçürülməməsi olub. Belə ki, akvariumun 2017-ci ilin sonlarına qədər hazırlanıb qurtaracağı gözlənilirdi. Buna görə də noyabrda Afrikadan, Asiyadan növbənöv balıqlar gətirildi. Amma tikinti işləri uzandı və su heyvanlarını müxtəlif akvariumlara yerləşdirdilər. Amma balıqların 80 faizi temperatur rejiminə tab gətirə bilmədi, on faizi müxtəlif xəstəliklərə görə tələf oldu, bir o qədəri isə yerdəyişməyə dözə bilmədi. Bundan başqa, ehtimal olunur ki, balıqların tələf olmasına suyun yetərli miqdarda təmizlənməəsi də səbəb ola bilər.

 

İnsidentin araşdırması ilə ştat prokurorluğu məşğul olur. Nəhəng akvariumun tikilməsinin maliyyəsi 170 milyon Braziliya realına başa gələcəyi nəzərdə tutulub. Məlum insidentdən sonra obyektin tikintisini qeyri-müəyyən müddətə təxirə saldılar.

 

M. Quliyev

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN