SON DƏQİQƏ

Hər gün sübh azanı ən birinci burada oxunur - FOTO

Tarix:16-05-2017, 15:49

Dünyada 24 saat ərzində azan səsi daim səslənir. Saat qurşaqları boyunca bir-bir kəndlərdə, rayonlarda, şəhərlərdə və ölkələrdə azanı eşitmək mümkündür.

 

Amma yəqin ki, çox adam hər gün dünyada ilk azanın harada oxunduğunu, ilk olaraq kimlərin təkbir deyib namaza başladığını bilmir. 

 

Milyonlarla ildir Günəş hər səhər ilk dəfə məhz oradan doğur - Yaponiyanın şərqinə, Rusiyadan okeana bir qarmaq kimi sallanan Kamçatkada. Dünyada Günəşi ilk görənlər məhz kamçatkalılardır.

 

Kamçatkada başlayan sübh azanı növbə ilə bütün ölkələrə yayılır. Meridianlardan keçərək şəhərbəşəhər minarələr axtarır özünə. Buxara, Məşəd, Azərbaycan, Kərbəla, Məkkə, Mədinə, İstanbul və Mərakeşdə müəzzinlərin azanları səslənir və eyni cümlələr təkrarlanır: Allahu Əkbər!

 

Qeyd edək ki, Kamçatkada 20 minə yaxın müsəlman yaşayır və onların içərisində azərbaycanlılar da var. 

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN