Vaşinqtonda özəl orta məktəbin direktoru Diana Smit şagirdlərə qəribə bir təklif verib. O deyib ki, əgər şagirdlər yay tətili boyunca telefondan, yazışmalardan, internetdən uzaq dayanarlarsa, onlara 100 dollar ödəyəcək.
Bu barədə “The Washington Post” xəbər verib. Smit danışıb ki, o, əvvəlcə uşaqlara yay tətilini telefonsuz və hər hansı elektrik alətsiz keçirməyi təklif edib: “Mən müəllimlərin şagirdləri nələrsə satın almasını, rüşvət verməsini sevmirəm. Amma bu dəfə şəxsi qaydalarımı pozacam. Mən əminəm ki, onlar bu məsələdə yardıma ehtiyac duyurlar”.
Qadın bildirib ki, məktəbə 2008-ci ildən rəhbərlik edir və vəziyyət ildən-ilə pisləşir. Uşaqlar gecə saatlarında bir-biri ilə yazışmaq üçün yuxusuz qalırlar, internetsiz bir gün belə keçirə bilmirlər. Direktor bu arzusunu valideynlərə də çatdırdı və sonuncular bundan olduqca məmnun qaldılar. Direktor eyni zamanda bildirib ki, hətta həftədə bir dəfə internetdən uzaq olan uşaqlara öz cibindən pul ödəməyə hazırdır.
Bu ilin fevralında isə amerikan müəllim şagirdlərini qeyri-adi qaydada salamlamağa görə şöhrət qazanmışdı. O, hər uşağa görə ayrıca salamlama üsulu fikirləşmişdi. Ona görə də hər dərsdən öncə onunla özəl və fərqli qaydada salamlaşmaq istəyən yüzlərlə şagird növbəyə düzülürdü.