SON DƏQİQƏ

23 yaşlı qızın ayaq ölçüsü 50-dir

Tarix:17-06-2017, 14:16

23 yaşındakı Emma Cahill Avropanın ən böyük ayaqlarına sahibdir. Geyinmək üçün ayaqqabı tapmaqdan şikayətlənən gənc qız görənləri heyrətə gətirir. Çünki onun ayaqları nə az, nə çox - düz 50 nömrədir.

Emma dünya üzrə ancaq Almaniyadakı xüsusi bir mağazada özünə ayaqqabı tapa bilir. Qızın ancaq bir cüt topuqlu ayaqqabısı var. Maraqlıdır ki, kişilər də onunla ünsiyyətdən çəkinir və onu özlərinə bənzədirlər.

“Uzun boylu olmağı sevirəm, amma bu sevgi həyatımda mənə heç də yardımçı olmur. Cəmi bir dəfə məndən uzun birisi ilə tanış oldum, amma onunla boyumuzdan başqa ortaq cəhətimiz yox idi” - deyə Emma bildirib.

Emma 9 yaşında olanda anası ilə eyni ölçüdə ayaqqabı geyinirmiş. Gənc qızın ayaqları yeniyetməlik illərində hər il bir ölçü artıb: “Ayaqlarımın böyüməsi dayananda xeyli sevinmişdim. Qorxurdum ki, böyüməyə davam edəcəklər və qayıq kimi olacaqlar”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN