SON DƏQİQƏ

Kasıbların intellektual səviyyəsi 13 faiz azalır

Tarix:22-06-2017, 12:46

Kasıblıq insanın bir çox xüsusiyyətlərini əlindən alır.

Belə ki, gündəlik olaraq kasıblıqla mübarizə aparan insanın dost çevrəsi və əqli qabiliyyəti azalır. Yaşam qayğılarını həll etməli olan şəxs təhsil, yeni iş yerlərinin tapılması ilə bağlı düşünməsinin qarşısını alır. Bununla da onun düzgün olmayan qərarlar verməsinə, öz situasiyasını daha da pisləşdirməsinə səbəb olur. Amerikalı alimlərin gəldiyi bu nəticə “Science” jurnalında dərc edilib. Alimlərin yazdığına görə, yaşam dərdi insanların mütaliə və düşünmə qabiliyyətini də əlindən alır. Belə ki, xərcləri artan, borc bataqlığında üzən, kreditlərini necə verməli olduğunu düşünən şəxsin intellektual səviyyəsi də 13 faiz aşağı düşür.

Müəlliflər hesab edir ki, kasıbların durumunu yaxşılaşdırmaq üçün səfərbər olan xeyriyyə qurumları onların əqli qabiliyyətinin aşağı düşməsinə də bir çarə tapmalıdır. Bunun üçün bəzi kursların təşkili çıxış yolu kimi göstərilib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN